Reklam Yeriniz
Reklam Yeriniz

“Fitch Ratings” Ermənistanla bağlı hesabat hazırladı - "Müharibənin yenidən başlaması..."

18:25 - 27 Mart
    74200 oxunma

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Ermənistanla bağlı hesabat açıqlayıb. Hesabatda ölkənin kredit reytinqinin "B+" səviyyəsində olduğu qeyd olunur. Bizimesr.az bildirir ki, hesabat agentliyin saytında dərc olunub. 

"Fitch" qeyd edir ki, qiymətləndirmə zamanı əsasən dövlət və xarici borcun kifayət qədər yüksək olması, zəif xarici maliyyələşmə və hərbi münaqişəyə çevrilə biləcək geosiyasi gərginlik bəlli olub. 

Hesabatın ən maraqlı hissəsi Ermənistanın baş naziri Nikol Paşinyanın 20 iyun 2021-ci il üçün nəzərdə tutulmuş növbədənkənar seçkilərdə iştirakıdır. Agentlik hesab edir ki, Paşinyan parlamentdə çoxluğun mövcud koalisiyasını qoruyub-saxlaya biləcək.

"Qarabağla bağlı 9 noyabr 2020-ci il tarixli bəyanatından sonra Paşinyanın istefası, o cümlədən hərbçilər tərəfindən etiraz dalğası ölkəni bürüdü. Düşünürük ki, o, hakimiyyəti saxlayacaq. Amma müharibədən sonra onun hökumətinə inamı nəzərəçarpacaq dərəcədə zəifləyib ki, bu da struktur islahatlarının aparılmasına və korrupsiyaya qarşı mübarizəyə ciddi mane ola bilər"-  deyə Fitch bildirir. 

Həmçinin, reytinq agentliyi hesab edir ki, qaçqın axını və iflasa uğramış ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar prosesinin bərpası zərurətini nəzərə alsaq, yaxın perspektivdə Qarabağda məğlubiyyətin nəticələrini aradan qaldırmaq mümkün olmayacaq: "Ərazidə Rusiya sülhməramlı qüvvələrinin olmasına baxmayaraq, Dağlıq Qarabağda münaqişənin yenidən qızışmasını da istisna etmək olmaz. Müharibə Ermənistanın təhlükəsizlik və iqtisadi münasibətlər məsələlərində Rusiyadan asılılığını əvvəlkindən daha çox gücləndirib".

Bizimesr.az


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

Bizimesr@mail.ru
Mobil: (050) 514-27-84