Reklam Yeriniz
Reklam Yeriniz

Ermənistan XİN: “Azərbaycandan Naxçıvana heç bir dəhliz nəzərdə tutulmur”

15:29 - 05 Mart
    79160 oxunma

“Üçtərəfli bəyanatda Azərbaycandan Naxçıvana heç bir dəhliz nəzərdə tutulmur”.

Bizimesr.az “sputnik Armenia”ya istinadən bildirir ki, bu cür sərsəm açıqlama ilə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan çıxış edib: “Azərbaycan prezidenti martın 4-də İqtisadi Əməkdaşlıq Təşkilatının XIV Sammitində çıxış edərək deyib ki, yeni nəqliyyat dəhlizi Azərbaycanın tarixi ərazisi - Zəngəzurdan keçəcək və Azərbaycanın əsas hissəsini ölkənin ayrılmaz hissəsi Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə birləşdirəcək.

Üçtərəfli bəyanatın 9 bəndinin heç birində dəhlizin yaradılması barədə heç bir şey yoxdur. Bu cür ritorika Azərbaycanın üzərinə götürdüyü öhdəliklərlə ziddiyyət təşkil edir, bu, beynəlxalq hüquqa açıq bir çağırışdır və heç bir şəkildə bölgədə sabitliyin yaranmasına kömək etmir”.

Suriya erməniləri barədə suala Anna Naqdalyandan müəmmalı cavab

Azərbaycan prezidentinin çıxışını şərh edən Naqdalyan qeyd edib ki, rəsmi Bakı BMT Təhlükəsizlik Şurasının qətnamələrinin məqamlarını təhrif edir: “Həmişə olduğu kimi, Bakı, həmsədrlərin rəhbərlik etdiyi ATƏT-in Minsk qrupunun sülh prosesinə dəstək ifadə etdiklərinə baxmayaraq, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin məqamlarını təhrif edir".

Onun sözlərinə görə, Azərbaycan tərəfi açıqlamaları ilə beynəlxalq ictimaiyyətə və ilk növbədə münaqişənin hərtərəfli həllində olan ATƏT-in Minsk Qrupu həmsədrlərinə qarşı çıxır.

Xatırladaq ki, 9 noyabr 2020-ci il tarixində Ermənistan, Rusiya və Azərbaycan başçılarının imzaladığı üçtərəfli bəyanatda xüsusilə qeyd olunub ki, “Tərəflərin razılığı ilə Naxçıvan Muxtar Respublikasını Azərbaycanın qərb bölgələri ilə birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək. Erməni tərəfi növbəti açıqlamaları ilə üçtərəfli bəyanata kölgə salmağa çalışır.

Suriya erməniləri barədə suala Anna Naqdalyandan müəmmalı cavab


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

Bizimesr@mail.ru
Mobil: (050) 514-27-84