Reklam Yeriniz
Reklam Yeriniz

Dünyasını dəyişən Nihad Əliyev niyə silah gəzdirməli idi? - İş adamı yoxsa, SOCAR rəsmisi...

18:51 - 27 Mart
    77160 oxunma

Xəbər verildiyi kimi SOCAR-ın satış direktorunun faciəvi ölümü xəbəri iki gündür ölkə gündəmini qarışdırıb. Əslində bir gəncin dünyasını dəyişməsini şişirtmək və belə bir hadisənin fəqli formada müzakirəsini aparmaq, videogörüntü yayıb mərhuma aid olduğunu isbatlamaq ən azı insanlıq normalarına yaddır. Amma məlum hadisə ortadadır və iki gündür yayılan xəbərlər, təkzib məlumatları özü-özlüyündə baş verənlər ərtafında fəqli görüntü yaradır. 

Hadisə baş verən gecə Türkiyə mətbuatının yaydığı məlumatlarda qeyd olunurdu ki, Azərbaycanlı iş adamı Nihad Əliyev oteldə özünü güllələyib.

İlkin yayılan məlumatda qeyd olunurdu ki, 7 nəfərlə Beşiktaşdakı otellərin birində istirahət edən Nihad Əliyev daha sonra öz otağına keçib və bir neçə dəqiqədən sonra güllə səsi eşidilib. Səsə otağa girən dostlar Nihad Əliyevin yerə yığıldığını görüblər və dərhal polisə və təcili tibbi yardıma zəng ediblər. 

Hadisənin səhəri günü Nihad Əliyevlə eyni oteldə olan 6 dostundan 3 qızın polis tərəfindən ifadələrinin alındığı bildirildi. Qızlar ifadələrində "otaga girəndə Nihadın belində tapançanı gördük", "Şeytan doldurar, eləmə dedik", "silah boşdur deyib başına atəş açdı" kimi ifadələr yayıldı. Günün ikinci yarısında xəbər verildi ki, Nihad Əliyev dünyasını dəyişib. Nihad Əlıiyevin ailəsinə baş sağlığı verir, səbr diləyirik.

Bizimesr.az bildirir ki, ortada olan bir neçə müəmmalı suala diqqət çəkmək də mətbuatın borcudur. 

Nihad Əliyev kimdir?

Nihad Əliyev SOCAR prezidenti Rövnəq Abdullayevin dayısı oğludur. SOCAR-ın satış departamentinin rəhbəri idi. O, SOCAR-la bağlı araşdırmalarda yüzmilyonlarla tenderin qalibi olaraq adı keçən Anar Əliyevin (Əlizadə) qardaşıdır.

SOCAR-ın satış departamentinin rəhbəri Nihad Əliyev niyə iş adamı kimi təqdim olunmalıdır. Hətta bu gün ailəsi adından yayılan açıqlamada belə N.Əliyev iş adamı kimi təqdim edilir. Əcəba Nihad Əliyev iş adamı idi, yoxsa SOCAR-ın satış departamentinin rəhbəri? Bu suala SOCAR rəsmiləri birmənalı olaraq aydınlıq gətirməyə borcludur. Çünki, söhbət Azərbaycan Respublikasının ən böyük şirkətlərindən biri olan SOCAR-ın satış direktoru rəhbərinin dünyasını dəyişməsindən gedir. 

Mərhum Nihad Əliyev əgər SOCAR-ın satış direktoru idisə necə iş adamı, biznesmen ola bilərdi? Yox SOCAR rəsmisi deyildisə nədən belə təqdim olunur?

Məhz bu hallar ortaya başqa suallar da çıxarır. Əcəba SOCAR-ın satış departamentinin direktorunun belində nədən odlu silah olmalı idi. Yaxud "o silahını təmizləyəndə ehtiyatsızlıqdan silah açılıb" açıqlamasını verənlər nədən düşünmədilər ki, SOCAR rəsmisinin niyə silahı olmalıdır? Silahla gəzən adamlar kimlərdir? Nihad Əliyev niyə silahla gəzməli idi? Düşmənlərimi var idi? Nədən ehtiyyat edirdi?

Ümumiyyətlə, görəsən onun belində və ya əlində olan tapança hansı ölkənin rəsmi qeydiyyatındadır? Silah gəzdirmək üçün icazəsi var idimi? Bütün bu suallara hələlik heç bir açıqlama verilmir. Mətbuata sızdırılan naşı açıqlamaların da kimlər tərəfindən hazırlanması bəlli deyil.

Daha bir müəmma... Sosial şəbəkələrdə öldüyü zaman çəkilən bir videogörüntünün Nihad Əliyevə aid olduğu iddia olundu. Çox keçmədi ki, ailə üzvləri adından açıqlama yayıldı və onun Nihad Əliyev olmadığı bildirildi. Xəbərə əlavə edilmiş Nihad Əliyevin fotosu daha çox diqqət çəkdi.

Fotoda yalnız mərhumun önə dartılmış üzü görünür. Nihad Əliyevin başqa fotosu yox idimi? Bütün bu hallar hadisənin məmmalı şəraitdə baş verdiyini söyləmək üçün əsaslar yaradır. Hər halda araşdırmalar aparılır.

Bizimesr.az


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

Bizimesr@mail.ru
Mobil: (050) 514-27-84