Reklam Yeriniz
Reklam Yeriniz

Apreldə hərraca çıxarılacaq dövlət əmlaklarının siyahısı 

12:20 - 10 Mart
    74080 oxunma

Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 65 dövlət əmlakı hərrac çıxarılacaq.

Bizimesr.az  İqtisadiyyat Nazirliyinə istinadən verdiyi məlumata görə, hərrac 6 aprel tarixində təşkil ediləcək. Özəlləşdirməyə çıxarılan dövlət əmlakının tam siyahısı buradan tanış olmaq olar: https://bit.ly/38kQUru, https://bit.ly/3sZwgoU, https://bit.ly/3btkhtE.

Qeyd edək ki, özəlləşdirmə hərraclarında iştirak etmək istəyən şəxslər Xidmətin rəsmi saytına (emlak.gov.az) və ya Özəlləşdirmə portalına (privatization.az) daxil ola, seçim etməklə qeydiyyatdan keçə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10%-i məbləğində behi ödəyib sifarişçi statusu ala bilərlər. Sifarişçilər hərraclara onlayn qoşula da bilərlər.

Hərrac günü prosesə marağı olanlar həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) "Elektron hərrac" bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

Bizimesr@mail.ru
Mobil: (050) 514-27-84