Konqresmen Frank Pallone Azərbaycanın hərbi təlimlərini pisləməyə çağırıb

  • Bölmə: Hərb  
  • Tarix: 22 may 2020 [14:48]

Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi genişmiqyaslı hərbi təlimlər Ermənistanla yanaşı onların ABŞ-dakı havadarlarının kürkünə birə salıb.

 

Belə ki, ABŞ-ın “Ay Data” Komitəsinin rəhbərləri və Konqresin erməni məsələləri üzrə komitəsinin həmsədri Frank Pallone Azərbaycanın həyata keçirdiyi genişmiqyaslı hərbi təlimlərin təhlükələri ilə əlaqədar ABŞ administrasiyasına və Minsk qrupunun həmsədrlərinə iki ayrı-ayrı məktub göndərib. 

 

Bizimesr.az “Armenpress”ə istinadən xəbər verir ki, bəyanatında, Azərbaycanın keçirdiyi hərbi təlimlər zamanı meydana çıxa biləcək ciddi təhlükələr mövcudluğu əks olunub:

 

"Biz ABŞ administrasiyasını və beynəlxalq ictimaiyyəti pandemiya şəraitində Azərbaycanın tələsik hərəkətləri barədə xəbərdar etmək üçün, təşəbbüsə qoşulan Frank Pallona və bütün şəxslərə təşəkkür etmək istərdik", — deyə ANCA-nın əlaqələr üzrə direktoru Tereza Yerimyan bildirib. 

 

Frank Pallone və Amerika Erməni Milli Komitəsinin rəhbərləri ABŞ-ın dövlət katibi Mayk Pompeo və ABŞ-ın müdafiə naziri Mark Esperə və ATƏT-in Minsk qrupunun həmsədrlərinə  məktub göndərib. Onlar bu hərbi təlimlərin təhlükəli olduğunu, diplomatik sazişləri pozduğunu və koronavirusun dünyada yüz minlərlə insanın həyatına son qoyduğu bir vaxtda Cənubi Qafqazda sabitliyin pozulmasına səbəb ola biləcəyini məktubda qeyd ediblər. Onlar öz məktublarında ABŞ administrasiyasını və ATƏT-in Minsk qrupunun həmsədrlərini Azərbaycanda hərbi təlimləri açıq şəkildə pisləməyə çağırıblar.


Загрузка...


Oxunub: 15610 dəfə