Dünya ulduzlarına bənzədilən Azərbaycan müğənniləri - FOTOLAR

  • Bölmə: Maqazin  
  • Tarix: 16 yan 2020 [22:59]

Bəzi insanlar heç bir qohumluq əlaqəsi olmasa da bir-birinə bənzəyir.

 

Bu cür şəxslər arasında məşhur simalar da yer alırlar.

 

Sənət aləmində bir neçə ifaçılar var ki, onlar tək geyimi, saçı ilə yox, üz quruluşu ilə də dünyanın tanınmış simalarına bənzədilir.


Bizimesr.az axşam.az-a istinadən xarici ulduzlara bənzəyən müğənniləri təqdim edir:


Günay İbrahimli bir çox fotosessiyasında Türkiyənin tanınmış ifaçısı Ziynet Saliyə bənzədilir. Onların üz quruluşu, saç düzümü çox vaxt oxşar olur.

 

Dünya ulduzlarına bənzədilən Azərbaycan müğənniləri - Fotolar

Nigar Camal isə hər zaman Cennifer Lopezə bənzədilib. Təkcə üz və bədən quruluşu yox, rəqsi ilə də Nigar CeyLonu xatırladır.

Dünya ulduzlarına bənzədilən Azərbaycan müğənniləri - Fotolar

Gülyanaq Məmmədova tez-tez həm ifa tərzi, həm də üz quruluşu ilə Selin Diona bənzədilib.

 

Dünya ulduzlarına bənzədilən Azərbaycan müğənniləri - Fotolar


Röya Ayxan isə buruq saçları ilə mərhum ulduz Uitni Hyustona oxşadılıb.

Dünya ulduzlarına bənzədilən Azərbaycan müğənniləri - Fotolar


Aynişan Quliyeva bir çox fotosessiyalarında Selena Qomezə bənzədilib.

 

Dünya ulduzlarına bənzədilən Azərbaycan müğənniləri - Fotolar


Загрузка...


Oxunub: 21380 dəfə