Teyyub Hüseynovun dana monopoliyası…

  • Bölmə: Cəmiyyət  
  • Tarix: 1 iyl 2019 [12:26]

Söhbət danadan düşmüşkən, əsas mövzuya keçməzdən öncə az qala milli problemə çevrilən dana, danabaş məsələsinə ötəri nəzər salaq.Hamının yaxşı yadındadır ki, 70 il və əslində elə bu gündə övladlarımızın ilk oxu kitabı belə başlayıb: “Dadaş dana otarır”. Niyə “Dadaş təyyarə sürür, Dadaş kosmosa uçur, Dadaş mühəndis olmaq istəyir və s ” yox, məhz “Dadaş dana otarır” olmalıdır. Dana otarmaq yazıq Dadaşın alnına-qaşqasına yazılıb?Sonra da deyirik ki, bu balaca ölkədə bu qədər danabaş hardandır?


Bəli, bu gün ölkədə ən böyük problem dana(lıq) problemidir. Bu düşüncənin sahibləri hələ də imkan vermir ki, müstəqil ölkəmizdə sözün həqiqi mənasında sağlam rəqabət mühiti olsun, azad bazar formalaşsın, inhisarçılıq aradan qalxsın. Təsəvvür edirsiniz, ölkəmiz az qala 30 ildir müstəqilik əldə edib, amma hələ də “Rəqabət Məcəlləmiz” yoxdur. Bu isə bəzi monopolistlərə imkan verir ki, hər şeyi, torpağı, meşəni, suyu,  dənizi, hətta dananı inhisara alsınlar. Belə inhisarçılardan biri də 1966-cı ildə  Tovuz rayonunun Əlimərdanlı kəndindən anadan olan, Rusiyda  “Timur”, Azərbaycanda “Peykan”  ləqəbi ilə tanınan Hüseynov Teyyub Məhəmməd  oğludur. Maraqlıdır şairlərin  təxəllüs götürməsini, inqilabçıların gizli ləqəblə (məsələn, Stalinin “Koba” ləqəbi) fəaliyyət göstərməsini bilirdik, amma dana alverçisinin ləqəblə, özü də iki ləqəblə çalışması gülüncdür.

 

Görəsən  Teyyub Məhəmmədoğlu  kimdən gizlənir? Nə isə keçək əsas mövzuya. NUH.az-a daxil olan məlumata görə, Teyyub Hüseynov Ukrayna Respublikasında “Brodi MİT EKSPORT” şirkətini yaradaraq ( direktor  Teyyubun adamı Pərvizdir) Azərbaycana ixrac olunan diri mal-qara biznesini öz monopoliyasına alıb. Necə ?Məlumdur ki, Rusiya və Ukrayna arasında siyasi münasibətlər gərginləşəndə hər iki tərəf qarşılıqlı sanksiyalar tətbiq etdi.

 

Və Ukrayna məhsullarının Rusiya ərazisindən tranziti əngəlləndi.  Bundan  istifadə edən  Teyyub  Hüseynov Ukraynadan Azərbaycana ixrac olunan diri mal-qaranın monopoliyasını yaradıb. Və  qeyri-leqal yolla Ukraynadan mal-qaranın Rusiya vasitəsilə  Azərbaycana ixracına tam nəzarət edir.  İndi isə Teyyub Hüseynovun dana monopoliyasının mexanizminə diqqət edək. Hər  birinin orta çəkisi 300-400 kq  olan 80 baş diri  heyvanın olduğu bir maşın üçün  sahibindən 7500 dollar alan  Teyyub  malın Azərbaycana ixracına Allah qoymasa “xeyir-dua” verir. Hansı ki, həmin yükün su yolu ilə (paromla) gətirilməsi  1500 dollara başa gəlir.

 

Düzdür paromla məhsul bir həftəyə, uzağı 10 günə Azərbaycana çatır. Peykan ləqəbli monopolist isə diri mal-qaranı 2 günə Azərbaycana çatdırır. Hər ay bu yolla Ukraynadan Azərbaycana 50 maşın mal-qara gəlir. Peykan hər maşında 7500 dollar alır, bu isə ayda 7500 * 50 = 375000 dollar  deməkdir. Hər maşının xərci 2000 dollardır. Deməli Peykanın xalis gəliri hər ay  275000 dollardır. Bir ildə 275000 * 12 = 3 milyon 300 min dollar.

 

Son 5 ildə bu monopoliya Teyyub  Hüseynovun əlindədir, deməli  o  qeyri-qanuni  yolla  16, 5 milyon dollar gəlir əldə edib. Bir maşın yükün Azərbaycana çatdırılma xərci 6000 dollardır. Bu  xərci  “Peymanın rüsumu”na əlavə etdikdə belə rəqəm alınır: 7500 + 6000 = 13500 dollar.Dövlət Gömrük Komitəsi isə diri maln hər kiloqramına görə,  55 qəpik rüsum alır. Söhbət bir diri dananın Azərbaycana gətirilməsindən gedir, təmiz çəkidən yox. Qoy oxucu bilsin ki, bizim məqsədimiz kiminsə pulunu saymaq deyil. Amma hər şey qanuni olmalıdır. Və kasıb azərbaycanlı da heç olmasa ayda bir dəfə uşağına 1-2 kq ət ala bilməlidir.

 

Əslində ətin bu gün real dəyərindən çox yüksək  olmasının səbəbi Peyman kimi monopolistlərdir. Yazdıqlarımıza şübhə edənlər  gömrüyün rəsmi statistikasını qaldırıb BRODİ MİT EKSPORT şirkətinin  son illər Azərbaycana nə qədər məhsul göndərdiyini öz gözləri ilə görə bilərlər. Sonra da DGK sədri  hörmətli Səfər Mehdiyev  deyir ki, bizdə inhisar yoxdur, inhisar olsa istefa verərəm. Cənab Mehdiyev! İstefa vermək lazım deyil. Möhtərəm Prezidentimiz İlham Əliyevin buyurduğu kimi inhisarçılığa qarşı qəti mübarizə aparmaq lazımdır. Bu iqtisadiyyatımızın  qara yarasıdır.NUH.az-a daxil olan məlumata görə, Peykan öz müştərilərinə  deyir ki,  Ukraynadan mallar ancaq Azərbaycanda fəaliyyət  göstərən RETRO şirkətinin adına göndərilə bilər. BRODİ ilə RETRO arasında müqavilə var.Teyyub Hüseynovun tez-tez RETRO şirkətinin adını hallandırması da səbəbsiz deyil. Görəsən RETRO şirkətinin rəhbərliyinin  Teyyubun əməllərindən xəbəri varmı? Bu məsələyə növbəti yazıda toxunacağıq.

 

Məlumat üçün onu da qeyd edək ki, 4 il əvvəl Peykanın Bakıda başqa bir şirkəti fəaliyyət göstərirdi. Şirkətə Teyyubun Elsevər adlı  dostu rəhbərlik edirmiş. Qanunsuz əməllərinə görə, Elsevər hüquq-mühafizə orqanları tərəfindən həbs olunub və həmin vaxt Teyyubun da həbsi qaçılmaz olub,  ancaq Teyyub aradan çıxa bilib. Və bu olaydan sonra  Teyyub özünə  çətir axtarıb.Teyyub öz əməllərini  gizlətmək üçün  tanınmış şəxslərin guya onunla şərik olduğunu, hətta qazancın ona az qaldığnı da deyir. Belə şəxslərdən biri də tanınmış hüquq alimi, Rusiyanın prezidenti Vladimir Putinin tələbəlik dostu hörmətli İlham Rəhimovdur.

Görəsən Teyyub özü inanırmı ki, nəhəng dövlətin rəhbəri ilə səmimi münasibətləri olan İlham Rəhimovun  dana alverçisi ilə əməkdaşlığı gülünc söhbətdir..Sonda bu məsələ ilə bağlı düşünürük ki, möhtərəm Prezidentimiz İlham Əliyevin həm Rusiya prezidenti Vladimir Putinlə olan çox yüksək münasibətləri, eyni zamanda Ukraynanın yeni rəhbərliyi ilə xoş münasibətləri imkan verir ki, yuxarıda qeyd etdiyimiz monopoliya  aradan qaldırılsın və ölkəmizə diri mal-qara ixracı qanuni müstəvidə olsun. Onda süni qiymət artımı da olmaz və əhalimiz məmnun olar. Biz NUH.az olaraq yaxın zamanda Teyyub  Hüseynovun Ukraynada qanunsuz fəaliyyət göstərən şirkətləri barədə Ukrayna prezidenti cənab Vladimir Zelenskiyə müraciət etməyi düşünürük.

 

Bizimxeber.Az

Загрузка...


Oxunub: 33110 dəfə