Məmurlar ildırım sürətli əməliyyatla həbs edilməlidir - Zəlimxan Məmmədli

  • Bölmə: Siyasət  
  • Tarix: 19 may 2020 [10:50]

“500-700 nəfərə yaxın məmur ildırım sürətli əməliyyatla həbs edilməlidir”.

 

Bizimxeber.az-ın məlumatına görə, bunu “Borçalı” cəmiyyətinin sədri Zəlimxan Məmmədli deyib. Onun sözlərinə görə, rüşvət və korrupsiya xəstəliyinə tutulanlarının işdən çıxarılıb, həbs edilməsi xalq tərəfindən alqışlanır: “İnsanlar o dərəcədə nifrətlidirlər ki, bunlardan ölən olanda rəhmət diləmək bir yana, sevinclərini belə gizlətmirlər. Bu vaxta qədər bir neçə antimilli ünsürün cəmiyyətdən tədrici baş verib.


İlkin hesablamama görə, başdan ayağa çirkaba bulaşmış 500-700 nəfərə yaxın məmur ildırım sürətli əməliyyatla həbs edilməlidir. Bununla paralel siyasi-hüquqi islahatlar həyata vəsiqə qazansa bu əsl inqilab, əsl islahat olar”.


Zəlimxan Məmmədli qeyd edib ki, bu insanlar azadlıqda qaldıqca dövlətçiliyimiz üçün qorxu mənbəyidirlər..


Загрузка...


Oxunub: 23180 dəfə