8 il əvvəl ölmüş şəxsin adına 516 manat su pulu gəlib

  • Bölmə: Cəmiyyət  
  • Tarix: 17 yan 2020 [00:23]

8 il bundan əvvəl dünyasını dəyişmiş şəxsin adına 516 manat su pulu gəlib. Uzun müddətdir Bakıda yaşayan Şəki sakini Arzu Qasımova evinə geri dönən zaman su idarəsindən gələn bildirişi görüb dəhşətə gəlib.


Mövzu ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında süjet yayımlanıb.


“3 uşağım var, heç bir yerdə işləmirəm, Bakıda kirayədə yaşayıram. Şəkidən gəldim gördüm ki, su kəsilib. Su ümumiyyətlə yoxdur, suyu çəkməyə də qoymurlar. Gördüm ki, 516 manat su borcu yazıblar. Həmin borcu da vəfat etmiş şəxsin adına yazıblar. Mən bu ölülərin adına pul keçirməliyəm? Ölülər axı su işlətməyiblər. Bu nə dərəcədə düzgündür?” - deyə şikayətçi Arzu Qasımova bildirib.


“Onlar burda olmayıblar. Bakıda yaşayıblar. Bu məbləğdə su pulu yazıblar. Halbuki evlərinə su gəlməyib. Uzun müddətdir burda heç kəs yaşamayıb” - deyə şikayətçinin qonşusu Əlyar Hüseynov bildirib.


Günlərdir susuz qalan şikayətçi bu borcu ödəmək niyətində deyil.

 

Şəki “Sukanal” idarəsindən isə bildiriblər ki, borc sistemə oturub və ödəniş edilməsə mənzilə su verilməyəcək.


“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı isə bildirib ki, şikayətçi 8 il öncə qurumu xəbərdar etməliymiş: 

 

“Ailə qurub köçənlər olur və ya da ki, dünyasını dəyişənlər olur. Belə halda hökmən həmin vətəndaşlar bizim yerli su kanal idarələrinə ölüm haqqında şəadətnamə ilə, nikah haqqında şəadətnamə ilə və ya uşaq əsgərə gedibsə, hərbi komissarlıqdan arayışla müraciət etməlidir ki, həmin dövr üçün bu şəxslərə görə hesabat aparılmasın”.


Şəki sakini Arzu Qasımovanın məsələsinə gəldikdə isə, Anar Cəbrayıllı qeyd edib ki, borcun bir hissəsi mütləq şəkildə ödənilməlidir: “Arayışlar təqdim olunsun. Ondan sonra komissiyaya müraciət olunacaq. Və komissiya dünyasını dəyişmiş insanlara görə hesablanmış məbləği onun ümumi vəsaitindən çıxacaq. Amma orda yaranmış borcun hamısı silinməyəcək. Çünki orda müəyyən müddət var. Əgər vətəndaş nə vaxtdan dünyasını dəyişibsə, o vaxtdan hesablanır. Ona görə də o borcun bir hissəsi orda qalacaq və o borc mütləq şəkildə ödənilməlidir”.


“Azərsu” ASC-nin sözcüsü həmçinin qeyd edib ki, bu cür problemlər yaranmasın deyə, ölkədə bütün abonentlərin sayğacla təmin olunması tələb olunur.

 

Hazırda "Azərsu" ölkə üzrə sayğaclaşmanı 84 faizə çatdırıb.


Загрузка...


Oxunub: 10010 dəfə