Nazir saxta diplomlu direktoru işdən çıxartdı

  • Bölmə: Siyasət  
  • Tarix: 16 yan 2020 [22:23]

Sosial şəbəkələrdə Yevlax şəhəri 1 nömrəli tam orta məktəbin direktoru Xalidə Əzizovanın diplomunun saxta olması ilə bağlı məlumat yayılıb.


Bildirilir ki, Xalidə Əzizovanın Kirovabad Pedoqoji İnstitutu tərəfindən verilən diplomu saxta çıxıb.


Məsələ barədə Təhsil Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq qeyd edilib ki, Təhsil naziri Ceyhun Bayramovun müvafiq əmri ilə Yevlax şəhəri 1 nömrəli tam orta məktəbin direktoru Xalidə Əzizova ilə əmək müqaviləsinə 15 yanvar 2020-ci il tarixdə xitam verilib.


Загрузка...


Oxunub: 10130 dəfə