Avstraliya qəbilələri 50 milyard dollar təzminat tələb edir

  • Bölmə: Maraqlı  
  • Tarix: 16 yan 2020 [19:12]

Avstraliyanın iki yerli qəbiləsi  əcdadlarının torpaqlarından didərgin düşdükləri üçün hökumətdən təzminat olaraq 50 milyard dollar tələb ediblər.


Bizimesr.az xəbər verir ki, "Financial Times" qəzetinin yazdığına görə,  ötən ilin dekabr ayının 23-də həmin qəbilə tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət olunub.


Məlumata əsasən Bigambul və Kuma tayfalarının aborigenləri hər qəbələ üçün 25 milyard dollar ödəməsini tələb ediblər.


Zərərçəkmişlər iddia edirlər ki, Avstraliyanın Queensland əyalətində torpaqlarının itirilməsi qəbilələrinin mədəni və iqtisadi itkilərinə səbəb olmuşdur.


Qeyd olunub ki, bundan əvvəl daha bir yerli Nungar aborigen qəbiləsi Qərbi Avstraliya hökumətindən 290 milyard dollar məbləğində bir astronomik təzminat tələb etmişdi. Hətta bu rəqəm bölgədəki təbii sərvətlərin ümumi məcmu dəyərini üstələmişdi.


Nəşr xatırladır ki, beşinci qitənin aborigenləri 1992-ci ildən etibarən davamlı olaraq  Avstraliya hakimiyyətini məhkəməyə verməyə başlayıb. Həmin vaxt ölkənin Ali Məhkəməsi iddiaları rədd edərək bildirmişdi ki, 250 il öncə ingilis müstəmləkəçiləri Avstraliya materikinə yerləşməmişdilər. 


Qeyd edək ki, bu günə qədər materikin mübahisəli ərazilərinin sahəsi 2,8 milyon kvadrat kilometrdir.


Загрузка...


Oxunub: 20690 dəfə