Formula-1 Azərbaycana yarım milyard dollardan çox gəlir gətirib

  • Bölmə: Siyasət  
  • Tarix: 15 yan 2020 [20:49]

Bakıda keçirilən Formula-1 yarışlarından Azərbaycanın əldə etdiyi gəlirin məbləği müəyyənləşib.


Bu barədə Bakı Şəhər Halqası Əməliyyat şirkətinin təşkil etdiyi tədbirdə açıqlanıb. PwC Azərbaycan beynəlxalq audit şirkətinin hesabatına əsasən, 2016-2019-cu illərdə keçirilən yarışlardan 506,3 milyon dollar gəlir əldə olunub.


Bu məbləğ yarışlar ərəfəsində Formula-1 ilə əlaqədar Bakıya gələnlərin xərcləri əsasında yaranmış birbaşa və dolayı gəlirləri əhatə edir. Bu rəqəmə iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən peşəkar xidmətlər, otel və mehmanxana, restoran, nəqliyyat, sosial və mədəni xidmətlər, kənd təsərrüfatı, poçt və telekommunikasiya, topdan ticarət və elektrik, qaz, su və digər sektorlarda qeydə alınmış gəlirlər daxildir.


Qeyd edək ki, yarışın növbəti Azərbaycan Qran-prisi bu il iyunun 5-7-də keçiriləcək.


Загрузка...


Oxunub: 8590 dəfə