Lisey və gimnaziyalarda I sinfə qəbul başlayır

  • Bölmə: Cəmiyyət  
  • Tarix: 2 iyn 2020 [17:43]

Xüsusi istedadlı uşaqlarla işləyən ümumtəhsil müəssisələri, lisey və gimnaziyalarda I sinfə qəbul cari ilin iyun ayı ərzində, digər siniflərə qəbul isə avqust ayının ikinci yarısında aparılacaq.

 

Bu barədə Təhsil Nazirliyinin I sinfə elektron qaydada ərizələri qeydə alınmış uşaqların sənədlərinin məktəbə təqdim edilməsi və digər mövzular ətrafında aparılan müzakirələrində bildirilib.

Qeyd olunub ki, I sinfə elektron qaydada ərizələri qeydə alınmış uşaqların sənədlərinin ümumtəhsil müəssisələri tərəfindən qəbulu cari ilin avqust ayının ikinci yarısından başlanılır.


Vurğulanıb ki, burada söhbət fiziki olaraq şagirdin sənədlərinin təhsil müəssisələri tərəfindən qəbulundan gedir.


Загрузка...


Oxunub: 24680 dəfə