Gülnaz Dadaşova Kardiologiya İnstitutunu özəl müəssisəsinə çevirib – ŞOK FAKTLAR

Peşəkar kardioloqlar qeyri professional “kəndxudaların” hakimiyyətinə verilib

Ölkənin səhiyyə sahəsində davam edən sistemsizlik və problemlər hələlik nazir Oqtay Şirəliyevi narahat etmir. Dərinləşən problemlər hər gün yenilənir və bu hallar hippokrat andı içmiş həkimlərlə yanaşı, vətəndaşları da narahat etməyə bilməz. Ölkə səhiyyəsinin elə sahələri var ki, ordakı problemlər nəinki aradan qaldırılmalı, hətta yaranmasına imkan verilməməlidir. Çünki, söhbət insan həyatından, bədənin əsas hissəsini təşkil edən ürəkdən gedir.

 

Elə isə, C.Abdullayev adına Elmi –Tədqiqat Kardiologiya İnstitutundakı acınacaqlı vəziyyətlə bağlı Bizimxeber.az-a daxil olan biabırçılıqlarla dolu faktlara göz yummaq olmaz.

Məlumatda qeyd olunur ki, 10 aydır Elmi –Tədqiqat Kardiologiya İnstitutuna  Gülnaz Dadaşova  adlı yeni direktor təyin olunub. İlkin baxışdan hamının ürəyincə olan təmir işləri başlanıb, bəzi tibbi ləvazimatlar və inventar alınıb.

 

Bu hal, təmirsiz  şəraitdə işləmiş, buna görə daimi diskomfort  hissi keçirən  institutun bütün işçilərində gələcəyə ümüd  və qürur hissi oyadıb. Tibbi personal düşünüb ki, müasir avadanlıqla təchiz olunmuş bir müəssisədə,  sivil şəraitdə işləyəcəklər. Lakin hər şey gözlənildiyi kimi olmayıb.

 

Bizimxeber.az-a daxil olan məlumatlardan aydın olur ki, təmir işləri başa çatan kimi (buna görə işçilərdən də pul yığımı olub), institutda kəskin dəyişikliklər başlanıb. Bir çox kadrlar müxtəlif səbəblərə görə işdən cıxarılıb, yeni və peşəkar olmayan “kadrlar” işə götürülüb. Bütün bunlar azmış kimi, nəzarətçi qruplar yaradılıb. Bir sözlə institutda “gestapo” rejimi yaradılıb, işçilər bir birinə qorxu ilə baxır, qorxu ilə bir birinə söz deyirlər.

 

Hətta vəziyyət o həddə çatıb ki, deyilən sözlər həmin an, tamam başqa formada direktora çatdırılır, işçi dərhal işdən qovulur. Ən biabıçı hal budur ki, direktor bu dəyişikliyi “islahat” hesab edir, bu halların davam edəcəyini öz hərəkətləri ilə aydın şəkildə göstərir. Bu “islahatların” başında,  həmişə müdriyyətin gözünə girən, yaltaqlanan, məhz buna görə, daha çox səlahiyyətlərə malik olan, lakin elektrokardioqrammanı düzğün bilməyən, savadsız həkim kimi tanınan, qəbul şöbəsinin müdiri Lətafət Eyvazova durur.

 

Bu xanım yeni direktorun yanında öz mövqeyini möhkəmləndirərək onu ustalıqla ələ almağı bacarıb. Nəticə olaraq o, yeni direktorun dəstəyi ilə yeni korrupsiya komandasını öz ətrafına yığmağa başlayıb. Savadlı həkimlər yavaş-yavaş sıxışdırılmağa, işdən çıxarılmağa başlanıb. Onların yerinə isə elmi və praktiki savadı, kliniki səriştəsi olmayan  işçilər götürülüb,  ön cərgələrdə işlə təmin olunub.

 

Bununla da professional kardioloqlar qeyri professional “kəndxudaların” hakimiyyətinə verilib. Beləliklə bu komandanın üzvləri Kardiologiya İnstitutunu böyük gəlir gətirən, öz şəxsi özəl müəssisələrinə çeviriblər. Məlumatda qeyd olunur ki, qrupun başında duran qəbul şöbəsinin müdiri Lətafət Eyvazova, kadrlar şöbəsinin müdiri Fatma Alxasova,II kardiologiya şöbəsinin müdiri Nailə Fərəcova, intensiv terapiya şöbəsinə yeni təyin olunmuş şöbə müdiri Təvəkkül Yusifov öz korrupsion ideyalarını həyata keçirmək üçün hər şeyə əl atırlar.

 

Böyük elmi potensiala və kliniki savada malik olan, öz işini bilən, uzun illər ən ağır xəstələri vəziyyətdən çıxarıb həyata qaytaran həkimlər və elmi işçilər qanun çərçivəsində işlədikləri üçün kənara sixışdırılıblar, xəstə üzünə həsrət qalıblar, hətta elmi tədqiqat işləri aparmaq üçün xəstə tapmırlar. Halbuki  instituta kifayət qədər xəstə axını var və bu xəstələr elmi savadı və kliniki səriştəsi olan həkim və elmi işçilər arasında deyil, qurumun üzvülərinin məsləhət gördüyü, indiyə kimi institutda praktiki təşəbbüs göstərməyən, demək olar ki, elmi və kliniki savadı olmayan həkimlər arasında bölünməyə başlanıb.

 

Həmçinin bu düzgün olmayan iş bölümündə ən çox zərər çəkən xəstələr olur, çünki onlar savadlı və adekvat müalicə almadıqlarına görə, xəstəlikləri tez tez fəsadlaşır və bu ağırlaşmalar ilə reanimasiyaya və yaxud başqa klinikaya köçürülməyə məruz qalırlar. Daha bir biabirçılıq isə insan həyatının sığortalandığı Reanimasiya şöbəsində baş verir. Reanimasiya şöbəsi isə, kardioloqiya elmindən heç bir məlumatı olmayan, indiyə kimi kliniki və praktiki savad toplamayan, lakin yaxşı pul qazanmaq bacarığı olan, avantyurist Təvəkkül Yusifova verilib.

 

Qurupun “fəxri üzvü” olan şöbənin yeni müdiri də buranı özəlləşdirib. Həmişə ancaq kəskin infarktlı, ağır xəstələri vəziyyətdən çıxarmaq problemləri ilə məşğul olan reanimasiya şöbəsi indi təzə şöbə müdirinin xroniki xəstələr üçün açdığı  özəl dayanacaq məntəqəsinə çevrilib. Bu səbəbdən də Təcili Yardım vasitəsilə gətirilən kəskin miokard infarktlı xəstələrə reanimasiya şöbəsində yer tapılmır və onların həyatı vaxt itkisi səbəbindən təhlükə altında qalır. Xroniki xəstələr isə burada 2-5 gün müalicə aiıb terapiyanı davam etdirmək üçün  kliniki şöbələrə köçürülmək əvəzinə, hərtərəfli tibbi yardım almadan və reabilitasiya olmadan yarımçıq evə yazılırlar.

 

Hazırda Kardiologiya İnstitutu  elmi tərəqqini yüksəldən tədqiqat institutundan, xəstələrə hətta adekvat yanaşma edə bilmək təqdirində olmayan rayon xəstəxanasına bənzəyir.

Baş verənlər xəstələr arasında fəsadlaşmaların və ölümün artmasına səbəb olur. Nəticədə əhali həmişə ümidlə müraciət etdiyi və şəfa tapdığı Kardiologiya institutundan acınacaqlı təəssüratlarla ayrılır. Elmi-Tədqiqat Kardiologiya İnstitutu indiyə kimi çox böyük elmi və kliniki  potensiala malik olan professorlar, elmlər doktorları, elmi işçiləri və savadlı kardioloqları ilə məşhur olduğu halda, hal hazırda yeni direktor Gülnaz Dadaşovanın  fəaliyyəti nəticəsində bölünmələrə və  cəbhələşmələrə məruz qalıb.

 

Qeyd olunur ki, hazırda Kardiologiya İnstitutu xəstəyə gəlir mənbəyi kimi baxan bu insanların əlindədir. Xəstələr, indi  talelərini ancaq öz ciblərini güdən bir qrup korrupsionerlərə etibar etmək məcburiyyətindədilər. Bu kadrlar isə cəzasız qalacaqlarına əmin olaraq qeyri-qanuni özbaşınalıqlarına davam edirlər. Ən acınacaqlı hal odur ki, məlum ürəkağrıdan şəraiti institutun yeni təyin olunmuş direktoru Gülnaz Dadaşova ilə müzakirə etmək qeyri mümkündür. Çünki Əlahəzrət direktorun qəbuluna düşmək çox çətindir.

 

Qəbula düşmək üçün 2-3 həftə onun sədaqətli katıbəsinə baş çəksən də, hər dəfə bir bəhanə ilə rədd edirlər. Qəbulda isə o həkimləri eşitmək istəmir, ancaq özü qəbul etdiyi qərarı sənə söyləyir. İntitutun direktoru öz fikrindən başqa, elmi və kliniki təcrübəsi ondan çox olan alimlərin də fikirlərini yad tutur, düşünmədən qərarlar qəbul edir.

Onun verdiyi qərarlar isə ancaq etibar etdiyi, nəyə görə isə onun rəğbətini qazanmış qəbul şöbəsinin müdiri Lətafət Eyvazova, kadrlar şöbəsinin müdiri Fatma Alxasova, II kardiologiya şöbəsinin müdiri Nailə Fərəcovanın məsləhəti əsasında olur. Onlar “bir birinə əl tutaraq ” şərait yaradıb bir birini dolandırırlar.

 

Redaksiyanın ünvanına gələn məlumatlardan görünür ki, Kardiologiya İnstitutunun həkimləri davam edən biabırşı vəziyyətin aradan qalrıdılması üçün yaxın günlərdə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət ünvanlayacaqlar. Yəqin ki, Kardiologiya İnstitutunda baş verən bu vəziyyəti məlum yazıdan sonra nazir Oqtay Şirəliyev də nəzarətə götürəcək, institutun direktoru Gülnaz Dadaşovanın bu əməllərinə son qoyulacaq.


Загрузка...


Oxunub: 80890 dəfə