Göygölün sabiq başçısının gözqamaşdıran mülkləri (SİYAHI)

  • Bölmə: Siyasət  
  • Tarix: 22 may 2020 [14:33]

Göygöl rayonun sabiq İcra Hakimiyyətinin başçısı Arif Akif oğlu Seyidovun mülkləri açıqlanıb.

 

Bizimesr.az xəbər verir ki, Avopada yaşayan jurnalist Həbib Müntəzim iddia edir ki, sabiq başçı xalqın cibinə girərək hektarlarla örüş sahələrinin işğal edib:
Arif Seyidovun iddia olunan sərvətinin siyahısı belədir:
Göygöl şəhəri, Hummel, ev 69A ünvanında mənzil
Göygöl şəhəri, Səbuhi Hacıyev, ev 112 ünvanında mənzil
Göygöl rayonu, Aşıqlı kəndində villa,
Göygöl rayonu, Toğanalı kəndində dəbdəbəli bağ evi
Göygöl rayonu, Aşıqlı kəndində daha bir mənzil
Rayonun Hacıkənd və Mixaylovka kəndlərində növbəti mənzillər
Göygöl rayonunda qardaşı Maarifin idarə etdiyi mal-qara ferması
Göygöl xəstəxanasının qarşısında olan aptek
Göygöl, Topal Həsənli kəndində "Qala Dibi" restoranı
Göygöl rayonunda Məkan çay evi,
Göygöl rayonunda Elit çay evi,
Daşkəsəndə və Göygöldə torpaq sahələri və yaylaq yerləri.
Gəncə çayı hövzəsində üç iri gölü
Qardaşına və özünə məxsus mal-qara fermaları
Göygöldə olan Əminə marketin şərikliyi
Köhnə Koroğlu mehmanxanası, əvvəl yandırdı sonra özü sahibləndi.
Göygöl şəhəri köhnə poliklinika binası
Göygöl şəhəri köhnə uşaq bağçası
Göygöl şəhəri köhnə evlər idarəsi
Azyaşlı oğlu Samirin sürdüyü Mercedes-Benz Geländewagen (010)
25-BD-005 dövlət nişanlı Niva markalı maşın
BMW markalı avtomobil
Qardaşı Maarifin adına "Bulaq" Sahibkar Müəssisəsi MMC
Aşıqlı kəndində 2 hektardan artıq fərdi ev tikintisi üçün torpaq sahəsi
Şəhərin özündə yaxın qohumlarının əldə etdiyi 50-dən artıq torpaq sahələri
Aşıqlı, Mixaylovka və Toğanalı hektarlarla torpaq sahələri, iaşə obyektləri və mənzilləri mövcuddur.

Загрузка...


Oxunub: 13650 dəfə