Türkiyə bu həftə sərhəd-keçid məntəqələrini açacaq

  • Bölmə: Dünya  
  • Tarix: 3 iyn 2020 [14:58]

Türkiyənin Ticarət naziri Ruhsar Pekcan yeni növ koronavirus pandemiyası ilə mübarizə tədbirləri ilə əlaqədar bağlanan sərhəd-keçid məntəqələrinin tədricən açılacağını bildirib.

 

Nazir deyib ki, Türkiyə ilə İraq sərhədi arasındakı Habur və Türkiyə ilə İran arasındakı Gürbulak sərhəd-keçid məntəqələri bu həftə açılacaq.


R. Pekcan qeyd edib ki, iyun ayından başlayaraq Avropanın mərhələli şəkildə normallaşma prosesinə keçməsi ilə əlaqədar Türkiyənin müttəfiqləri ilə danışıqları davam etdirib gömrük məntəqələrini açmağı sürətləndirəcək.


Nazir bu istiqamətdə Asiya ölkələri ilə də danışıqların aparıldığını deyib: "Çin, Cənubi Koreya, Malayziya, Hindistan və Yaponiya ilə da danışıqlar davam edir".


R. Pekcan deyib ki, indiki mərhələdə bütün dünyada yerli valyutalarla ticarət artacaq: "Sadəcə Türkiyənin deyil, ticarət əməkdaşlığımız olan digər ölkələrin də bu istiqamətə hərəkətə keçməsi lazımdır. Güman edirəm, gömrük birliyinin yenilənməsinə də ehtiyac var".


Загрузка...


Oxunub: 17530 dəfə