Yanğın baş verən otelin sahibini həbs edildi

Türkiyənin Bolu vilayətində baş verən yanğın nəticəsində onlarla insanın həyatını itirdiyi “Grand Kartal” otelinin sahibi Halit Ergülü həbs edilib. Bizimxeber.az bildirir ki, istintaq çərçivəsində 14 nəfər saxlanılıb. Yanvarın 21-nə keçən gecə Türkiyənin Bolu şəhərindəki Kartalkaya dağ-xizək kurortunda yanğın baş verib. Grand Kartal otelində baş verən yanğında 36-sı azyaşlı olmaqla 79 nəfər həlak olub. Otel möhürlənib və ciddi zədələnib və gücləndirilə və ya həmişəlik sökülə bilər.