Vuçiç qərarını açıqladı : Pitinlə danışacam...

Serbiya prezidenti Aleksandar Vucic vəzifədə olduğu müddətdə Rusiyaya qarşı sanksiyalar tətbiq etməyəcəyini açıqlayıb. Bizimxeber.az bildirir ki, o bu barədə keçirilən mitinq zamanı deyib. “Mən nə Rusiyaya, nə də digər dostlara qarşı sanksiyalar tətbiq etməyəcəyəm. Vuçiç Rusiya və Çinlə "qardaşlıq və dostluq münasibətləri" quracağını və yaxın günlərdə ABŞ-ın Serbiya neft sənayesinə tətbiq etdiyi sanksiyalarla bağlı vəziyyəti həll etmək üçün Kreml lideri Vladimir Putinlə danışacağını açıqlayıb. Qeyd edək ki, Serbiyanın “Oil Industry of Serbia” NIS şirkəti ABŞ-ın Rusiyanın neft sektoruna qarşı sanksiyalarının son raunduna məruz qalan bir sıra şirkətlər sırasında olub. O, buna cavab olaraq bəyan edib ki, bundan sonra Kremlin ustası ilə danışacaq, çünki Rusiyanın “Qazprom”u NİS-in səhmdarıdır.