"Qərbin yanvarın 26-da keçiriləcək prezident seçkilərini tanıyıb-tanımayacağında maraqlı deyil". Bizimxeber.az bildirir ki, bu barədə Lukaşenko səsvermədə iştirak etdikdən sonra jurnalistlərə açıqlamasında deyib. "Avropa İttifaqında sizin bu seçkiləri tanıyıb-tanımamağınız zövq məsələsidir. İnanın, and içirəm, bizim seçkilərimizi tanıyıb-tanımamağınız mənim üçün tamamilə bənövşəyidir. Mənim üçün ən vacibi belarusların tanımasıdır. Bu seçkilər başladı və onlar sülhlə başa çatdı, əsas məsələ budur”, - Lukaşenko bildirib. O əlavə edib ki, Qərb seçkiləri tanısa onlara təşəkkür edəcəyik. Əgər mən indi ABŞ seçkilərini tanımıram və Trampı tanımıram deyə bəyanat versəm, Amerikada nəsə dəyişəcəkmi? Yaxud da Böyük Britaniyada var: burada mən Starmeri tanımıram, bəs nə? Nə? Böyük Britaniyada heç nə baş verməyəcək”, - deyə Belarus lideri bildirib. Belarusda yanvarın 26-da qondarma prezident "seçkiləri" keçirilir və bu seçkilərdə Aleksandr Lukaşenkonun yeddinci prezidentlik müddətini təmin edəcəyi gözlənilir. Aİ diplomatiyasının rəhbəri Kaya Kallas Belarusda keçirilən prezident seçkilərini demokratiyaya qarşı təhqir adlandırır və Lukaşenkonun legitimliyini tanımır. Bu arada Litva Prezidenti Gitanas Nauseda bəyan edib ki, Lukaşenko Belarusun legitim prezidenti deyil və qondarma seçkilərdən sonra belə hesab edilməyəcək .