Belarusun prezidenti Aleksandr Lukaşenko daha 15 siyasi məhkumu əfv edib. Bizimxeber.az "BelTA"ya istinadən bildirir ki, Lukaşenko “ekstremist” cinayətlər törətmiş beş qadın və üç kişini də əfv edib. Onlardan beşinin övladı var, bir qadın hamilədir. Həmçinin 7 nəfər, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum olunmuş üç qadın əfv edilib. Onlardan altısının azyaşlı ikən cinayət törətdiyi qeyd edilir. Yetkin yaşda cinayət törətmiş bir məhkumda xərçəng xəstəliyi aşkarlanıb.