Bu ştat ABŞ-dan ayrılmaq istəyir

Kaliforniya ABŞ-dan ayrılıb azad və müstəqil ölkə ola bilər. Bizimxeber.az bildirir ki, bu barədə qərb mətbuatı artıq müzakirələr açıb. Vurğulanır ki, referendumla bağlı təşəbbüs irəli sürmək üçün ştat üzrə seçicilərin ümumi sayının 50%-dən çoxunun imzasını toplamalıdır. Əksəriyyət ABŞ-dan ayrılmağa səs verərsə, ölkə üçün nəticələrini təhlil etmək üçün xüsusi komissiya çağırılacaq. Əvvəllər Amerikanın Nyu-Hempşir ştatının müstəqilliyini müdafiə edən NHEXIT hərəkatı ölkə hökumətini rədd etmiş və “azad və firavan ölkə” olmaq arzusunu bəyan etmişdi. Bu ilin yanvarında Meksika ilə sərhəddəki münaqişədən sonra üsyançı adlandırılan Texas da ABŞ-dan ayrılmaq siyasətinə sadiqdir. Alyaska, Luiziana və Florida ştatlarının da öz müstəqillik tərəfdarı hərəkatları var.