Belarus “Oreşnik”ləri Smolenskə yaxın yerləşdirəcək

Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyadan alınan “Oreşnik” raket kompleksinin Smolenskə yaxın yerləşdirilməsi planlaşdırıldığını açıqlayıb.. Bizimxeber.az bildirir ki, o deyib ki, raketlər Smolenskə yaxın yerləşdiriləcək: "Bu mənim arzumdur, amma görəcəyik. Müəyyən bir məsafə lazımdır. Hədəfləriniz çox yaxın olduqda pisdir, həm də çox uzaqda olduqda daha az yük daşıya bilirlər. Üstəlik, bu ümumi bir silahdır. Amma mən bunu Smolensk yaxınlığında demirəm, sadəcə indi belə düşünürəm”, - o vurğulayıb.