Ancelina Colinin Yunanıstanda qaçqın düşərgəsinə gəlişi böyük ajiotaja səbəb olub - VİDEO

 Dünya şöhrətli aktrisa və rejissor Ancelina Coli Yunanıstanın Pirey limanında yerləşən qaçqın düşərgəsinə gəlib.

 Bizimesr.az  "RİA Novosti"yə istinadən xəbər verir ki, ünlü simanın gəlişi düşərgəsində əməlli-başlı ajiotaja səbəb olub.

 Hollivud ulduzu Yunanıstan hökumət nümayəndələri, eləcə də qaçqınların özləri ilə görüşüb.

 O, jurnalistlərə açıqlamasında Lesbos adasındakı qəbul mərkəzlərinə də səfər etmək istədiyini, amma bu səfərlərin son anda təxirə salındığını bildirib.

 Qeyd edək ki, Coli BMT-nin Qaçqınların Hüquqları Şurasının xoşməramlı səfiridir.

 O, daha əvvəl Livandakı suriyalıların müvəqqəti yaşayış mənətəqlərində olmuşdu.

 Bizimesr.az


Загрузка...




Oxunub: 5970 dəfə