Dəbdəbəli saray ruhlar evinə döndü - FOTO

 Britaniyanın ən məşhur və zəngin iş adamlarından biri, daşınmaz əmlak maqnatı baron Nikolas van Huqstraten 1985-ci ildə özünə "Hamilton Palace" adlı yeni saray tikdirməyə başlamışdı.

 İngiltərənin Şərqi Sasseks qraflığında, Akfild bölgəsində yerləşən sarayın inşasına 40 milyon funt-sterlinq sərf olunmuşdu.

 İş adamı bu sarayda çox zəngin və dəyərli incəsənət əsərləri kolleksiyasını da yerləşdirməyi düşünürdü.

 Lakin sarayın inşası başa çatmayıb.

 Bizimesr.az milli.az-a istinadən bildirir ki, baron həbs olunandan sonra inşaat işləri dayandırılmışdı.  Saray indi də yarımçıq qalıb.

 Baron Nikolas van Huqstraten isə hazırda Zimbabvedədir. Zimbabve prezidenti Robert Muqabenin yaxın dostu olan britaniyalı milyarder Afrika ölkəsində böyük inşaat layihələri ilə məşğuldur.

 Sasseks sakinləri isə tikintisi yarımçıq qalmış dəbdəbəli sarayı "The Ghost House of Sussex" ("Sasseksin ruhlar evi") adlandırırlar.

 Bizimesr.az 


 

 

 

 

 


Загрузка...


Oxunub: 6340 dəfə