Bakıda qadınları başdan çıxaran, qadağan olan ətir bu mağazada satılır - FOTOFAKT

 Bir çoxlarımız gündəlik olaraq ətirdən istifadə edirik.

 Ətir seçimində zövqlər fərqli olduğu kimi, təkliflər də müxtəlifdir. Hər kəsin istədiyi ətiri seçməkdə sərbəst olduğu düşünülür, amma hətta burda da müəyyən qadağalar mümkündür. Söhbət dünyanın bir çox ölkələrində qadağan edilmiş, “qadınları başdan çıxaran” kimi təqdim edilən ətirlərdən gedir. Satışı qadağan edilmiş bu ətirlərdən danışarkən ilk növbədə yada “Ricardo Veron” düşür ki, onun barəsində çox yazılıb. O ətir ki, qadınların ağlını başından aldığı üçün qadağan edilib.  Dünyanın əksər əyləncə mərkəzlərində məhz bu ətirdən istifadə nəticəsində xoşagəlməz halların baş verdiyi iddia olunur. Qadın alverçilərinin bu ətirdən yararlanaraq yeni-yeni qurbanlar tapdığı irəli sürülür. Almaniyanın “Kruverszen” laboratoriyasının analiz mütəxəssisi Maria Lyris bildirib ki, ətir 12 nəfərdən ibarət xüsusi heyət tərəfindən öyrənilib. Nəticələrə əsasən ətir normal afrodizyak olaraq tanınan bir çox ətirlərdən tərkibinə görə fərqlənir və qadınlar bu ətirin qarşısında dayana bilmirlər:

 “Əgər bu ətirin satışı davam etsə, çirkin kişilər gözəl qadınları özlərinə aşiq etməkdə heç bir çətinlik çəkməyəcəklər. Bu vəziyyət yayılacaq”.

 

 

 Lakin qadağan edilməsinə baxmayaraq Azərbaycana həmin ətirlər gətirilir və fərqli qablaşdırmalarda satılır.

 Cebhe.info sözügedən ətirin qoxusu ilə gedib və onu Memar Əcəmi metrostansiyasının çıxışında yerləşən “Loris parfume” ətir istehsalçısının satış mağazasında tapıb...

 ...Mağazanın qapısı önündə gənc satıcı kiçik kağız parçalarında ətir nümunəsi paylayırdı. Elə alıcı kimi dükana daxil olduq. Əvvəlcə digər ətirlərlə maraqlandıq, qiymətlərini soruşduq. Çünki bu mağazada məhz həmin ətirin satıldığı barədə əvvəlcədən məlumatlı idik. Sonra sakit küncə çəkilib “Qardaş, o qızları dəli eliyən “duxi”dən var sizdə?” deyə soruşduq. Sağına-soluna boylanıb “Hə, əlbəttə, var. Amma onun satışı qadağandır deyə biz onu öz paketində satmırıq” cavabını aldıq.  Ətiri gətirdi, test üçün kağız parçasına püskürdüb verdi. Qoxusu tanış və qeyri-adi gəlmədi. Öz-özümüzə “Bu qızları necə başdan çıxarır?” deyə düşündük və alacağımızı bildirdik. Ancaq bir xahişimiz oldu ki, ətirin adı qutunun üstünə yazılsın. Təbii ki, unutmamaq üçün. Beləliklə, ətirin qutusunun üstünə “Ricardo Veron” yazan satıcı 10 manatını alıb kassaya vurdu. Bundan sonra söhbəti bir az daha irəlilətdik. Nə də osla artıq alverimiz baş tutmuşdu, üstəlik heç bir çətinlik olmadan.

 -Bunu bəs siz hardan alırsınız, hardan gətirirsiniz?
 -Bunlar bizə Türkiyədən gəlir. Orda da satışı qadağandır deyə onlar da başqa şüşə qablarda satırlar. Bizə də oradan gəlir. Gömrükdə “Ricardo Veron” qabı ilə gələndə tutulur deyə başqa qablarda göndərilir. Ona görə biz də başqa qabla satırıq.

 -Bəs alan olurmu heç?
 -Heç bilirsiniz gün ərzində bu parfümdən nə qədər satıram? Hər kəs alır. Bilirlər ki, bizdə var. Ona görə bizdən alırlar. Sən də bu gün ikinci adamsan bu ətiri alırsan. O biri parfümləri öz qablarında satırıq, amma bunu fərqli qablarda satmağa məcburuq...

 Beləcə dünyanın dilində dolaşan “Ricardo Veron”dan alıb mağazadan çıxdıq. Bu ətirlə bağlı əvvəlcədən heç bir təsəvvürümüz olmadığından onun orijinala yaxın olub-olmadığını, doğrudan da qadağan olunması üçün ciddi əsasların varlığını dəqiqləşdirmək imkanımız yoxdur. Redaksiyaya qədər əlimizdə qadağan edilən məhsul daşıyan şəxs kimi möhkəm saxladıq. Hətta qutusunu açmağa belə ürək eləmədik. Nə olar-nə olmaz deyə...

 

 


Загрузка...


Oxunub: 17930 dəfə