“Orada tək gəzən qadın fahişə hesab edilir” -FOTOLAR

 “Qadın olduğumu Çində gizlətməli oldum. Çünki orada tək gəzən hər bir qadın fahişə hesab edilir”.


 “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri səyahətçi Sarah Marquis öz səyahətindən danışan zaman deyib.

 

 Belə ki, 43 yaşlı qadın uşaqlıq xəyalını gerçəkləşdirmək üçün Sibirin şimal-şərqindən Avstraliyanın cənubuna kimi tək səyahətə çıxıb. O, səyahət zamanı 16 min kilometrlik yolu piyada gedib. Marquis səyahət boyu 8 cüt ayaqqabı dəyişdiyini və 3 min fincan çay içdiyini bildirib.

 

 Dediyinə görə, ən çox Avstraliyada çətinlik çəkib. Ölkənin mərkəzindəki çölü 3 aya keçə bilib. Elə ən qorxulu anları da orada yaşayıb: “Bir gecə 6 canavar çadırımın ətrafına yığıldı. Fikirləşdim ki, artıq sonum gəlib, amma sağ qala bildim. Qadın olmağın çətinliklərini isə Çində yaşadım. Orada qadın tək gəzirsə, deməli fahişədir. Səyahətə çıxan zaman iç səsimi dinləmişdim və heç peşman deyiləm”.

 

 Bizimesr.az

 

“Orada tək gəzən qadın fahişə hesab edilir” - Fotolar

 

 

“Orada tək gəzən qadın fahişə hesab edilir” - Fotolar

 

 

“Orada tək gəzən qadın fahişə hesab edilir” - Fotolar

 

 

““Orada tək gəzən qadın fahişə hesab edilir” - Fotolar


Загрузка...


Oxunub: 5220 dəfə