47 yaşında Ferrari alan Kris Qardner...

  • Bölmə: Maraqlı
  • Tarix: 9 mar 2016 [15:33]

 O doğularkən atası öz ailəsini atmışdı. Atalığı isə rəhimsiz bir insan idi.

 

 Anası həbsdə olarkən körpəni tərbiyə edən sevimli dayısı Missisipi çayında faciəvi şəkildə həlak oldu.

 

 26 yaşı olduqda onu işdən qovdular. Bundan sonra arvadı oğlunu götürərək bir yerdə qaçır. O isə boş otaqda yalqız qalır: pulsuz, geyimsiz... Çünki arvadı bunları da götürmüşdü.

 

 Bir neçə gün sonra iki həftəlik həbsə düşür. Üzərindəki cərimə 1200 dollara çatır.

 

 Azadlığa çıxdıqdan sonra, elə həbs paltarındaca bir dəllallıq şirkətinə ayda 1000 dollar maaşa işə düzəlir. Ancaq bu maaş ona böyük şəhərdə sağ qalmağa kifayət etmirdi.

 

 Sonra arvadı uşağı qaytarmaq naminə geri dönür. Bu sırada o, elə bir mənzildə yaşayırdı ki, orada uşaq saxlamaq mümkün deyildi. Buna görə də onlar bir neçə il müddətinə evsiz-eşiksiz qaldılar.

 

 28 yaşından dəllal olaraq işləyib, günə 200 zəng vururdu. Halbuki yerdə qalan işçilər 30-a yaxın zəng vururdular. Axşam yetişdikdə isə oğlu ilə birlikdə gecələməyə yer axtarırdı.

 

 O, uşaq bağçasına görə növbə üstündə dava edir, evsiz-eşiksiz adamlara verilən yemək uğrunda saatlarla növbədə dururdı.

 

 Ata-oğul bir yerdə ofisdə, parklarda, yataqxanalarda qalırdılar. Gecələrin əksəriyyətini isə metro tualetlərində keçirirdilər.

 

 33 yaşı olduqda öz dəllallıq şirkətini qurur. Bu şirkətin ilkin kapitalı 10000 dollar idi.

 

 47 yaşında olarkən birinci milyonluq sazişini bağladıqda onun şirkəti dünyanın ən uğurlu fyuçers şirkətlərindən biri olur.

 

 Həmin zamandan bu yana özünün də, oğlunun da həyatında işlər sağ-salamat gedir. Gənclikdə arzuladığı kimi özünə qırmızı Ferrari ala bildi. O, çoxlu səyahət edir, xeyriyyə layihələrinə investisiya yatırır, azimkanlı şəxslər üçün yaşayış yerləri inşa etdirir.

 

 Bu adamın adı Kris Qardnerdir. 2006-cı ildə onun “Xoşbəxtlik axtarışında” adlı bioqrafik filmi çıxmışdır. Baş rolda Uill Smit oynamışdır.

 

 Fərid Abdullah.

 Bizimesr.az 


Загрузка...


Oxunub: 6910 dəfə