Facebook virtual qəbristanlığa dönəcək - FOTO

  • Bölmə: Maraqlı
  • Tarix: 7 mar 2016 [11:40]

 Bu əsrin sonunda dünyanın ən böyük sosial şəbəkəsi Facebook-da vəfat etmiş insanların profillərin sayı sağ adamların profillərindən artıq olacaq. Hazırda sosial şəbəkədə 1,5 milyard profil var.

 Milli.Az Daily Mail-ə istinadən bildirir ki, ABŞ-dakı Massaçusets Universitetinin professoru Həşim Saddikinin dediyinə görə, Facebook-un auditoriyasında ən yaxın vaxtlarda azalma başlanacaq.

 Birləşmiş Ştatlarda yetkinlik yaşına çatmışların 70 faizi, Britaniyada isə artıq 56 faizin Facebook-da profilləri var.

 "Facebook-un rəhbərliyi vəfat etmiş istifadəçilərlə bağlı siyasətlərini dəyişmək niyyətində deyillər. Facebook hesab edir ki, vəfat etmiş insanın səhifəsini silmək yox, "yaşatmaq" gərəkdir. Səhifəni pozmağın yeganə yolu parolu bilməkdir. Di gəl, hətta ailə üzvləri belə məxfi məlumatı bir-birləri ilə paylaşmırlar", - H.Saddiki deyib.

 Digital Beyond şirkətinin hesabatına görə, bu il dünyada 970 min Facebook istifadəçisi dünyasını dəyişəcək. 2012-ci illə bu rəqəm 600 min nəfər idi.

 Facebook-un ölmüş istifadəçiləri ilə bağlı siyasəti sərt tənqid olunur. Məsələn, istifaçilər vəfat etmiş virtual dostlarının ad günləri ilə bağlı lentlərində məlumatlar alırlar. Bu isə psixoloji baxımdan çox ağır qəbul olunur.

 Bizimesr.az

 


Загрузка...


Oxunub: 4340 dəfə