Dünyanın ən çox içki içən ölkələri - SİYAHI

  • Bölmə: Maraqlı
  • Tarix: 7 mar 2016 [15:26]

 İqtisadi Əməkdaşlıq və İnkişaf təşkilatının bir neçə il apardığı araşdırma nəticəsində, müxtəlif ölkələrdə adambaşına içilən içkinin miqdarı hesablanıb və ölkələr bu miqdara əsasən sıralanıb.
 
 Araşdırmaya əsasən, adambaşına ildə 14 litr içkinin içilməsi ilə Litva birinci yerdədir. Bu ölkəni 11-12 lirt ilə Avstriya, Estoniya və Çexiya izləyir. Bu rəqəmlərə əsasənİndoneziya siyahının ən aşağısındadır. İndoneziyanın üstündə Türkiyə, İsrail və Hindistan yerləşir. Siyahıda aşağıda yer alan bir neçə ölkə dini və mədəni qaydalar ucbatından, içki içmək təqdir olunmadığı üçün daha məhdud qaydada içki istehlak edir.
 
 2000-ci il rəqəmləri ilə müqayisədə insanların daha az içki içdiyini müşahidə etsək də, bu çoxluğun əksinə olaraq, Litva, Polşa və Rusiyada içki istehlakı yüksəlib. Bu araşdırma maraqlı nüansı da ortaya çıxarıb. Əksər ölkələrdə əhalinin çox içki içən qrupu istehlakın böyük hissəsini təşkil edir. Məsələn, Macarıstanda içki istehlakının 90 %-i  əhalinin cəmi 1/5-i tərəfindən qarşılanır. Fransada isə bu rəqəm təxminən yarı-yarıyadır.
 
 Ən çox içki içilən 10 ölkə ilə sizi tanış edirik:
 
 1. Litva
 2. Avstriya
 3. Estoniya
 4. Çexiya
 5. Rusiya
 6. Macarıstan
 7. Fransa
 8. Lüksemburq
 9. Almaniya
 10. Polşa
 Bizimesr.az


Загрузка...


Oxunub: 4720 dəfə