"Google"dan çoxumuza məlum olmayan 8 xidmət

  • Bölmə: Maraqlı
  • Tarix: 7 mar 2016 [10:09]

 1998-ci ildə Sergey M. Brin və Lawrence E. Page tərəfindən qurulan Google bu gün dünyanın ən çox ziyarət edilən, internetə girən hər kəsin yolunun düşdüyü bir sayta çevrilib. Ancaq bununla belə, Googleun da çox bilinməyən, ancaq işinizə yarayacaq bəzi özəllikləri var. Technote tərəfindən hazırlanan Google aid 8 maraqlı xidməti sizə təqdim edirik. Oxuyun və yararlanın.
 
 1. Chrome Remote Desktop
 
 Bu xidmət internet vasitəsilə təhlükəsiz formada digər kompüterlərə girişi və ya başqa istifadəçilərə sizin kompüterinizdəki məlumatlarla işləməyə imkan verir. Chrome Web Mağazası vasitəsilə Android əməliyyat sistemi olan cihazlarda da istifadə edilə bilən servis, eyni xidməti təqdim edən digər tətbiqlərin əksinə pulsuzdur.
 
 2. Panoramio
 
 Googleun ilk Web 2.0 tətbiqlərindən biri olan Panoramio, şəkil paylaşmaq saytı kimi xidmət göstərir. Saytda paylaşılan şəkillərin eyni vaxtda Google Earth-də də yayımlanması istifadəçilərin bu xidməti seçməsinə şərait yaradır. Şəkilləri işarələmə ve çeşidləməyə imkan verən tətbiqdə 2 milyardan çox şəkil var. Saytda qeydiyyatdan keçən istifadəçilərə şəkil yükləmək üçün 2GB yaddaş həcmi verilir. İstifadəçi tərəfindən yüklənilən şəkillərin bütün hüquqları istifadəçiyə aid olur.
 
 3. Google Sky Map
 
 Adından da məlum olduğu kimi istifadəçilərin; ulduzları, planetləri, günəş sistemini izləməsinə imkan verən tətbiq, Google Earth programına uyğun işləyir. Demək olar ki, istifadəçilərin kosmosda gəzə bilməsinə imkan verən tətbiq, Android əməliyyat sisteminə uyğun xidmət göstərir.
 
 4. Whos Down
 
 Googleın onlayn söhbət tətbiqi olan “Whos Down”, klassik məkan rejimini açmaqla yaxınlıqda olan istifadəçilərlə əlaqə yaratmağa imkan verir. Google Play Store-da pulsuz olaraq yayımlanan tətbiq yalnız Android əməliyyat sisteminə malik cihazlar üçündür.
 
 5. Project Sunroof
 
 Google mühəndisi Carl Elkin tərəfındən hazırlanan Project Sunroof tətbiqi planetin sahib olduğu günəş enerjisi potensialını istifadəçilərə təqdim edir. Tətbiq vasitəsilə dünya üzrə günəş enerjisi istifadə olunan yerləri görmək mümkündür.
 
 6. One Today
 
 Googlein “İctimai məsuliyyət” adı altında xidmət göstərən layihəsi “One Today”, köməyə möhtac insanların ehtiyaclarını qarşılama məqsədi daşıyır. Xeyir məqsədi güdməyən Google könüllüləri tərəfindən həyata keçirilən layihə , Google Play Store tərəfindən Android cihazlarına yükləmək üçün istifadəçilərə təqdim edilib. Tətbiqi yükləyən istifadəçilər, edilən köməklərin məzmunu, şəkilləri və.s bir çox mövzuda məlumat ala bilirlər.
 
 7. Google Scholar
 
 2004-cü ildən bu vaxta kimi Google tərəfindən istifadəçilərə təqdim edilən tətbiq, yalnız akademik məqalələr və mövzular haqqında axtarış etməyə imkan verən axtarış sistemi kimi fəaliyyət göstərir. İstifadəçilərin pulsuz istifadə edə bildiyi tətbiq, akademik səviyyədə məlumat almaq istəyənlər üçün ən önəmli yerlərdən biridir.
 
 8. Build With Chrome
 
 Google Australia ilə Lego-nun ortaq layihəsidir. Onun vəzifəsi Google Chrome veb-brauzerinin üçölçülü şəkilləri necə əks etdirməsini göstərməkdir. Həmçinin istifadəçilər onun köməkliyi ilə Lego-dan öz üçölçülü konstruksiyalarını yarada bilərlər. /pahoo.az/
 Bizimesr.az


Загрузка...


Oxunub: 4090 dəfə