Sabiq deputat qızının brendi Parisdə – FOTOLAR

  • Bölmə: Maqazin
  • Tarix: 6 mar 2016 [18:39]
 Avropa Azərbaycan Cəmiyyəti (TEAS) Parisdə “Beaugrenelle” ticarət mərkəzində Azərbaycanlı dizayner Mənzər Hacıyevanın “Kəlağayı” butikini təşkil edib.
 Qaynar.info AzərTAc-a istinadən xəbər verir ki, iki gün ərzində ticarət mərkəzində şəhər əhalisi və turistlərin azərbaycanlı dizaynerin üzərində qrifi olan kəlağayı, ipək və kəşmir yaylıqlarını tanımaq və öz aksessuarlarını tamamlamaq imkanı olacaq.
 Avropa Azərbaycan Cəmiyyəti yazın gəlişini bildirən və xalqımızın milli- mənəvi dəyərlərini özündə əks etdirən ənənəvi Novruz bayramı ərəfəsində təşkil etməsi heç də təsadüfi deyil. Azərbaycanda və Orta Asiya ölkələrində bayram edilən Novruz yeni ilin gəlişi, təbiətin oyanışı hesab olunur.
 Mənzər Hacıyeva da Azərbaycan ənənəvi baş geyimi olan “Kəlağayı”ya yeni nəfəs verərək, onun yenidən dəbə minməsinə və inkişafına öz töhfəsini verib. Azərbaycanlı dizayner öz brendini yaradaraq kəlağayını dəb aksessuarı kimi təqdim edir.
 Yaratdığı əl işlərinin Azərbaycan mədəni irsinə daha yaxşı inteqrasiya etməsi üçün Mənzər Hacıyeva dizaynlarında ənənəvi və müasir elementləri, rəngləri, ipək üzərindəki rəsmləri son dərəcə ustalıqla bir-birinə uyğunlaşdırır.
 Qeyd edək ki, Azərbaycan kəlağayı sənəti “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına 2014-cü ildə daxil edilib.
 
 Qaynar.info 

 

 

 

 

 

 

 

 

 

 

 


Загрузка...


Oxunub: 5550 dəfə