Dünyanın ən gənc milyonçusu pul yığır

 19 yaşlı Aleksandra Anderson Norveçdə yaşayır. O, milyoner olmasına baxmayaraq sadə həyat tərzi sürür. Məsələn, atası ona maşın almaq istəsə də, Aleksandra etiraz edir. Ən sevdiyi məşğuliyyət at minməkdir. Heyvanları çox sevir, onlara verilən istənilən ziyan Aleksandraya pis təsir edir, hətta ət və ət məhsulları yeməkdən də imtina edir.

 

56d81dc4f0dc1e451c1946a6

 

 Dərslərini yaxşı oxuyan Aleksandranı məktəb yoldaşlarından ayıran tək şey onun 1,2 milyonluq sərvətinin olmasıdir. “Forbes”in hazırladığı “Dünyanın ən zəngin adamları” siyahısında 1476-cı yeri bacısı 20 yaşlı Katerina Anderson ilə paylaşır. Milyonçu bacılar “Ferd” şirkətinin 42,2 faizinin varisləridir. “Forbes” jurnalının redaktoru Kerri Dolanın fikrincə, bacıların ən böyük şansı onların milyonçu valideynlərə sahib olmasıdır

 

.56d81dc404207c5518ddb8f2

 

 Yaşıdlarından milyonları ilə fərqlənən Aleksandra sadə həyat tərzini seçib, hətta özü üçün pul yığır. O, instagram səhifəsində insanlarda heyvanlara sevgi aşılayan fotolar paylaşır və vegeterianlığı təbliğ edir. Dünya onun ən gənc milyonçu olduğundan xəbər tutan zaman Aleksandraya facebook-da 500 dostluq təklifi gəlmişdi.

  Bizimesr.az

 


Загрузка...


Oxunub: 5910 dəfə