“Pornoqrafiya aludəçiliyi” mövcuddurmu?

  • Bölmə: Maraqlı
  • Tarix: 5 mar 2016 [18:13]

 Aktyor Terry Crews-un pornoqrafiya ilə mübarizəsini göstərən video silsiləsinə milyonlarla insan tamaşa edib. Amma görəsən, pornoqrafiya aludəçiliyi deyilən bir şey doğrudan da varmı?

 Crews tərəfindən hazırlanmış üçhissəli video silsiləsi “Xırda iyrənc sirlər” (Dirty Little Secrets) adlanır.

 Bu səmimi videoreportajlardan məlum olur ki, aktyorun porno adəti o 12 yaşında olandan başlanıb. Onun ilk videosuna 3 milyon insan tamaşa edib, minlərlə insan şərh yazıb.

 Keçmiş Amerika futbolu oyunçusu Crews hazırda özünün televiziya və kino rollarına görə tanınır. O indi bir vaxtlar saatlarla pornoya tamaşa etməsindən danışır.

 “Pornoqrafiya mənim həyatımı bir çox mənalarda alt-üst edib, - deyir aktyor, - Əgər sən gecə-gündüz dayanmadan nəyə isə tamaşa edirsənsə, deməli bir problemin var. Mənim də problemim vardı”.

 O etiraf edir ki, onun aludəçiliyi az qala həyat yoldaşı, dini ayin mahnılarının ifaçısı Rebecca King-Crews ilə münasibətlərini alt-üst edəcəkmiş.

 Sosial şəbəkələrdə reaksiya

 Onlar müvəqqəti olaraq ayrı yaşayırlar. Facebook-da minlərlə insan aktyora səmimi etirafına görə təşəkkürünü bildirib.

 Bir başqaları isə özlərinin məruz qaldıqları seks aludəçilyindən söz açıblar.

 

 

 Bir istifadəçi yazır: “Mən bu adətimlə, porno aludəçiliyi ilə illər boyu mübarizə aparmalı olmuşam. İLLƏR boyu! Mən şükr edirəm ki, indi mənim bu adətdən “xüsusi oruc günüm” var. Artıq bir müddətdir ki, özümü saxlamışam”.

 Bununla belə, “porno aludəçiliyinin” özü çox ziddiyyətli anlayışdır. O bir xəstəlik kimi Amerika Psixiatrik Assosiasiyasının “müqəddəs kitabı” sayılan Diaqnostika və Statistika Məlumat kitabçasına (Diagnostic and Statistical Manual) salınmayıb.

 Beyinə təsir

 Bir çox ekspertlər deyirlər ki, pornoya baxan insanların beyinləri başqa adətkərdələrin, məsələn narkomanların başı kimi işləmir. Lakin əldə olan məlumatlar ziddiyyətlidir. Cambridge Universitetinin apardığı tədqiqatlardan birində porno videosuna tamaşa edən 19 nəfərin beyni rentgen edilib. Bu zaman narkomanların beyinlərində narkotikləri görərkən yaranan canlanmaya oxşar fəallıq qeydə alınıb.

 Los Angeles Universitetindən Nicole Prause deyir ki, pornodan istifadəni narkotik maddə və ya alkoqol aludəçilyi ilə bir rəfin üstünə qoymaq olmaz.

 "Porno aludəçiliyi zamanı beynin fəaliyyəti başqa aludəçilyi olan beyinlərin reaksiyasına bənzəyir, lakin sonradan fərqlilik başlanır. Pornoya tamaşa edərkən siz informasiya alınmasını artırır və beyni gördüklərinizlə “mükafatlandırırsınız”…Lakin bəzi əlamətlər başqa aludəçiliklərə bənzəmir” – deyib tədqiqatçı BBC Trending radiosuna.

 "Qumarbazlıq və başqa aludəçiliklər zamanı sözü gedən şəxsin beyin reaksiyası yüksəkdir, lakin porno problem olduğunu deyənlərdə bu reaksiya ölgündür” – deyib alim.

 Mübarizə üsulları

 Prause deyir ki, müasir elmi modellərə görə porno aludəçilik yaratmamalıdır. Buna görə də onunla adi aludəçiliklərə qarşı aparılan mübarizə üsulları əks-nəticə verə bilər.

 Lakin “porno aludəçiliyi deyilən bir şey yoxdur” söyləməklə internet pornoqrafiyasına aludəçilikdən əzab çəkən insanlara təskinlik vermək mümkün deyil. Reddit-dəki belə qruplardan biri, r/NoFap ("fap" “özünücoşdurma” sözünün loru dil variantıdır) qrupunun 170 min davamçısı var.

 Bu, Reddit-də Grand Theft Auto kompüter oyununun pərəstişkarları və ya pivə həvəskarları qrupları qədər populyar qrupdur.

 Eyniadlı internet saytına bağlı Reddit forumunda istifadəçilər öz porno aludəçilikləri ilə mübarizələrindən söz açır, bir birlərinə müəyyən müddətdə pornoqrafiyadan istifadə etməmək və ya özünücoşdurma ilə məşğul olmamaq vədləri verirlər. Tom (ad dəyişdirilib) ABŞ-ın Midwest bölgəsində müəllimdir. O BBC Trending-ə bildirib ki, porno aludəçilyi onda uşaqlıqdan başlanıb, lakin evlilik məsələlərinə təsir göstərib.

 "Yəqin belə bir kəlamı eşitmisiniz ki, “porno yaxşıdır, lakin real sekslə müqayisəyə gələ bilməz” – deyib Tom, - Amma əgər siz pornoya aludəsinizsə, bunun tamamilə əksini hiss edəcəksiniz. Seks qiyamətdir, amma pornoya çatmaz”.

 Bir məqamda Tom deyir ki, onun hər gecə saatlarla pornoya tamaşa etdiyi günlər olub.

 "Mən arvadımla olanda, özümü coşdura bilmirdim, çünki bu daha mənə azlıq edirdi” - deyir Tom.

 Alimlər nə deyirlərsə desinlər, Tom da bir çox başqa Reddit istifadəçiləri kimi porno aludəsi olduğunu düşünür.

 O pornoya tamaşa etməkdən iki ilədək çəkinməyə çalışıb. Bəzən 90 günədəkl dözə bilib. Lakin o, özünün dediyi kimi, bu adətlə çarpışmaqda davam edir.

 Bizimesr.az


Загрузка...


Oxunub: 6610 dəfə