Flora Kərimova: “Utansınlar, Elçibəyə görə bir cavabı da qıymadılar”

  • Bölmə: Maqazin
  • Tarix: 3 mar 2016 [18:45]

 Xalq artisti İlhamə Quliyeva dünyasını dəyişəndən sonra mərhum müğənninin doğma qızının olması ilə bağlı məlumatlar yayıldı.


 Medianın İlhamə Quliyevanın oğulluğu Orxan Nadirov ünvanlandığı “Sizin Flora adlı bacınız var və Fransada yaşayır?" sualına cavabı ilə diqqətləri üzərinə çəkib: “Hə, adı Floradır, soyadı da Kərimova. Atasının adı da İsa Qəmbər olmalıdır, ya da ki Əbülfəz Elçibəy. Araşdırın dəqiq”.


 Bundan sonra xalq artisti Flora Kərimova mərhum həmkarı İlhamə Quliyevanın oğulluğu Orxana cavab verib. Xalq artisti “Orxan, əgər sən düşünürsən ki, bu sözlərlə xətrimə dəyəcəksən, məni özümdən çıxaracaqsan, yanılırsan. Əsla xətrimə dəymədin. Mənim üçün bu sözlər fəxarətdir. Adını çəkdiyiniz Elçibəy mənəvi atamdır. Doğma valideynlərimə gəlincə, atam hörmətli professor Ələkbər Məcid oğlu, anam Zümrüd xanım həmişə mənə başucalığı gətirib” deyə bildirib.

 

 Ancaq maraqlıdır ki, Orxan Nadirovun İsa Qəmbərlə bağlı səsləndirdiyi fikirlərə Müsavat Partiyasından reaksiya verilməyib.

 

 Xalq artisti Flora Kərimova Cebhe.info-ya açıqlamasında bu vəziyyətdən narahat olduğunu bildirib:


 “Ayıb olsun özlərini müsavatçı, cəbhəçi sayanlara. Bu təhqirə mən yox, ağızlarına çullu dovşan yerləşməyən onlar cavab verməli idi. Biri də olsun özlərinə əziyyət verib səviyyəli cavabı qıymadılar. Utansınlar! Baxmayaraq ki, bizim Əbülfəz bəylə yaş fərqimiz bir o qədər də çox deyil. Amma mən Elçibəyi özümə qürur duyduğum mənəvi ata sayıram. Bütövlüklə isə mənim cavabım belə idi - “Elçibəy mənəvi atam, İsa bəyi isə mənəvi qardaşımdır”. Mən artıq 10 ilə yaxındır siyasətdə yoxam və qayıtmaq fikrim yoxdur. Ancaq siyasətdə olmaya-olmaya özümə borc bildim və cavabını da verdim. Mənim övladlarım - oğlum Almaniyadan, qızım İngiltərədən zəng edib başsağlığı verdilər. Ancaq İlhamənin tərbiyəsini görmüş adam bundan artıq ola bilərmi?!”

 Bizimesr.az

 


Загрузка...


Oxunub: 5250 dəfə