Səhər yeməyi üçün ən vacib qidalar

  • Bölmə: Maraqlı
  • Tarix: 2 mar 2016 [15:30]

 Məşhur Yapon alimi Katsudzo Nişi deyir ki, səhər yeməyi gün ərzində insan orqanizminin enerji balansını qoruyan əsas amildir. Buna görə də nahar və axşam yeməklərindən vacib sayılır. Mütəxəxssilərin məsləhəti belədir: səhər yeməyi keyfiyyətli olmalıdır ki, gün ərzində əhval-ruhiyyənizi, enerjinizi təmin edə bilsin. Gəlin keyfiyyətli səhər qidaları ilə tanış olaq:

 Yulaf

 Qanda xolesterinin miqdarını aşağı salır, qana omeqa-3, fol turşusu və kalium ötürür. Yulafı hazırlayarkən əlavə rəngli, meyvəlivə ya şəkərli olanını almayın. Ən yaxşısı adi yulafdır. Qaynar suya və ya südə tökün üzərinə meyvə, yaxud meyvə quruları (zövqə görə), çərəz əlavə edib 20 dəqiqə ağzı örtülü halda saxlayın. Sonra üzərinə bal əlavə edib nuş edin.

 Təzə süzmə

 Yəni bu gün süzülmüş süzmə (satışdakı nəzərdə tutulmur) götürülür, zövqünüzə görə, meyvə, yaxud kişmiş, ərik qurusu, əncir, badam xırdalanıb qatılır, şirin olması üçün 1 ç.q bal əlavə edilir.

 Cücərmiş buğda


 2 x.q cücərmiş buğda gündəlik 15%E vitamini və 10% fol turşusu balansını ödəyir. Tək halda buğda cücərtisini yeyə bilmirsinizsə, bunu qatığa, süzməyə, sıyığa, kokteylə və başqa qidalara qatıb yeyə bilərsiniz.

 Qreyfrut

 Qanda şəkərin, insulinin qalxmasının qarşını alır. Antioksidant təsiri ilə orqanizmin immun sistemini qoruyur. Qaymaq, qatıq, yumurta ilə qatıb yeyə bilərsiniz.

 Banan

 Bu meyvə çox yağlı və faydalı maddələrlə, proteinlə zəngindir. Bananı xırdalayıb sıyığa şəkər əvəzinə tökmək olar. Həmçinin bananın tərkibindəki kalium orqanizmdə təzyiqi aşağa salmağa kömək edir.

 Yumurta

 Yumurta əvvəllər yüksək xolesterin yaradıcısı kimi yeməklər siyasından çıxmışdı. Yumurta təbii olduğu üçün tərkibindəki xolesterin ürək-damar sisteminə düşünülən qədər təsir etmir. Tərkibindəki zülal və D vitamininə görə yenidən əsas qida siyahısına salınılb.

 Badam yağı

 Bu məhsul süd və yumurtanın tərkibindəki zülalı əvəzləyə bilir. Yəni süd və yumurta istifadə etməyənlər asanlıqla badam yağından istifadə edə bilər. Meyvənin üzərinə 1ç.q töküb yemək məsləhətlidir.

 Qarpız (mövsümündə)

 Likopin bütün qırmızı meyvə-tərəvəzlərin tərkibində var. İnfark xəstəliyinə kömək edir, ürəyi qüvvətləndirir, həmçinin az kaolorilidir və orqanizmin su balansını ödəyir.

 Kətan toxumu

 Yediyiniz qatığa və ya sıyığa 2 x.q kətan toxumu əlavə etməklə gündəlik omeqa-3 yağını ödəmiş olursunuz və ürək-damar sistemi üçün çox xeyirlidir. Həmçinin antioksidant təsiri vardır. Lakin mütləq üyüdüb istifadə edilməlidir.

 Qaragilə

 Qaragilə çox güclü antioksidantla zəngindir. Yaddaşı gücləndirir, təzyiqi aşağı salır həmçinin maddələr mübadiləsini gücləndirir.

 Çiyələk (mövsümündə) 1 fincan çiyələk yemək orqanizmdə gün boyu C vitamini balansını ödəyir. Həmçinin fol turşusu ilə zəngindir. Çiyələk anti-seliolit əleyhinə də çox effektlidir.

 Yaşıl çay

 Səhərlər içmək metabolizmanı gücləndirir və çəki itkisinə səbəb olur.

 Yemiş (mövsümündə)

 Ətirli şirin yemiş sizin gün boyu A və C vitamini balansını qoruyur, həmçinin zərif dəriyə sahib olmağa yardımçı olur. Yemiş orqanizmin su balansını təmin edir.

 Kivi

 1 ədəd kivi 65 qr C vitamini təşkil edir (portağalda da belədir). Kivi kaliumla, mislə zəngindir. Kivinin dadını xoşlamırsınızsa, çiyələk, banan və digər bu kimi meyvələrin salatı ilə qarışdırıb yeyə bilərsiniz.

 Portağal şirəsi

 Portağal şirəsi D vitamini ilə zəngindir. Hər kəsin qidalanmasında gündəlik 1 stakan portağal şirəsi olmalıdır.

 Quşüzümü şirəsi

 Sidik kanalının iltihabı xəstəliyi pöroblemi olanlar üçün çox yaxşı vasitədir. Bu ürək-damar sisteminə müsbət təsir göstərir, həmçinin quşüzümü şirəsi xərçəng xəstəliyində bəzi dərmanların xüsusiyyətini daşıyır.

 Taxıl lopası

 Tərkibində 5 qram şəkər və 5 qram sellüloza var. Həmçinin zülallarla və antioksidantlarla zəngindir.

 Moruq

 Tərkibindəki seliloza, antioksidantlar xərçəng xəstəliyinə qarşı mübarizə aparmağa kömək edir, həmçinin vitamin C və K ilə zəngindir. İmmunitet və sümüklər üçün çox faydalıdır. Dondurulmuş moruğu ilboyu işlətmək olar, əlavə olaraq sıyığa, qatığa əlavə edə bilərsiniz.

 Taxıl çörəyi

 Cod undan hazırlanmış çörək tərkibindəki vitaminlərlə seçilir. Günü bununla başlamaq yüngül və enerjili olmağınızı təmin edəcək. Bu qidaların köməyi ilə səhər yeməyiniz faydalı, rəngarəng və zəruri vitaminlərlə bol olacaq.

 Bizimesr.az


Загрузка...


Oxunub: 7380 dəfə