Dünyanın ən dəyərli pasportu hansı ölkəyə aiddir?

 Dünya səviyyəsində ən dəyərli pasport sıralamasında Almaniya pasportu birinci yerdə qərarlaşıb.

 

 "Henley&Partners" tərəfindən 2006-cı ildən bəri həyata keçirilən vizasız səyahət edilə bilən ölkələr sıralanıb.

 

 Məlumata görə, Almaniya pasportu üst-üstə üçüncü dəfədir ki, dünya çapında ən çox ölkəyə vizasız səyahət imkanı tanıyan pasport olub.

 

 199 ölkənin dəyərləndirildiyi sıralamada Almaniya pasportu 218 ölkənin 177-nə vizasız səyahət imkanı təqdim edir. İkinci yerdə isə 176 ölkəyə vizasız səyahət imkanı tanıyan İsveç qərarlaşıb.

 

 175 ölkəyə vizasız səyahət imkanı verən Finlandiya, Fransa, İtaliya, İspaniya və İngiltərə pasportları üçüncü yeri bölüşürlər.

 

 ABŞ isə 174 ölkəyə vizasız səyahət imkanı ilə dördüncüdür.

 

 Ötən il 78-ci yerdə qərarlaşan Azərbaycan, bu il 75-ci sırada yer alıb. Ölkəmiz 62 ölkəyə vizasız səyahət imkanı tanıyır.

 

 Bizimesr.az


Загрузка...


Oxunub: 3640 dəfə