Çingiz Mustafayev Qazaxı belə alçaltdı — VİDEO

  • Bölmə: Maqazin
  • Tarix: 2 mar 2016 [11:18]

 Müğənni Çingiz Mustafayev Ukraynanın “Qolos kraini” səs yarışmasında iştirakı zamanı mənsub olduğu bölgəni, daha dəqiq desək Qazax rayonunu alçaldıb.


 Bizimesr.az  xəbər verir ki, sənətçi özü haqda məlumat verərkən dünyaya gəldiyi Qazax rayonunu yaşamağın çox çətin olduğu, işıqsız, qazsız, internetsiz kiçik kənd adlandırıb.

 

 Məlumat üçün bildirək ki, "Yeni ulduz" müsabiqəsinin qalibinin uşaqlıq illəri məhz bu rayonda keçib və gitara ifa etməyi də məhz Qazaxda öyrənib.

 

 Rednews.Az saytının araşdırması isə Çingizin Qazax şəhərində yerləşən rus məktəbi ilə üzbəüz nənəsinə aid olan iki mərtəbəli evdə yaşadığını, həmçinin onun gitara ifa etməyi də məhz burada öyrəndiyini ortaya çıxarıb.

 

 Qeyd olunub ki, onun "Yeni Ulduz" müsabiqəsində iştirakı zamanı qazaxlılar birləşib pul yığıb ona səs verərək birinci ediblər.

 

 Bizimesr.az

 


Загрузка...




Oxunub: 6070 dəfə