İlhamənin oğlundan və vəkilindən miras — AÇIQLAMASI

  • Bölmə: Maqazin
  • Tarix: 2 mar 2016 [11:13]

 Fevralın 25-də dünyasını dəyişən xalq artisti İlhamə Quliyevanın qohumu, müğənni Əli Mirəliyev "Yeni Müsavat"a açıqlamasında bildirib ki, mərhumun mirası dövlətə qalacaq. Mirəliyev bu fikrini onunla əsaslandırıb ki, hər kəsin Quliyevanın oğlu kimi tanıdığı Orxan Nadirov sənəd üzərində başqa bir şəxsin övladı hesab edilir:


 "Əsəbləşirdi, hər dəfə vəsiyyət barəsində bir söz deyirdi. Canı ağrıyırdı. Hirslənirdi Orxanın əlindən, ona “bezdelnik” deyirdi. Sonra deyirdi “yox, oğlumdur”. Vəsiyyətnamə rəsmi olaraq yoxdur, heç nə yazmayıb. Yazsaydı biz bilərdik, bir şey çıxardı üzə. Sənədləri, filan hamısı məndə idi. Sözdür də, gah deyirdi ki, “evi orduya verəcəm”, gah deyirdi “yox, nəvəm var, ona verəcəm”. Bir az müəmmalı oldu... Mirasının hamısı dövlətə qalacaq. İlhamə Quliyevanın banklardakı bütün pul hesabları dondurulub. Çünki özü yoxdur. Rəsmi uşağı da yoxdur ki, ona qalsın sərvəti. Sadəcə xalasının nəvəsi Orxanı saxlayıb, böyüdüb, evləndirib. Amma rəsmi oğulluğa götürməyib. Uşağı götürüb saxlayanda öz soyadına keçirir, sənədləşdirirlər. Biz belə görümüşük. Onun adı Quliyeva İlhamə Məzahir qızı, o da Nadirov Orxan Əhmədağa oğludur. Heç bir hüquqi sənəd yoxdur təsdiqləsin ki, Orxan onun oğulluğudur. Elə bir vəsiyyətnamə də yoxdur ki, “mən mirasımı, ölümümdən sonra Orxana verirəm”. Biz bunun çevrəsində olan adamlarıq, lakin bu barədə heç bir rəsmi sənəd bilmirik. Biz bilirik ki, xəstəliyi ilə əlaqədar onun beynindəki durumu pozulmuşdu. Gah qışqırır, gah ağlayırdı, gah da “uff, ayaqlarım, hər yerim ağrıyır” deyirdi. Əziyyət çəkirdi bu adam. Amma efirə çıxanda mərdi-mərdanə çıxıb oxuyur, deyib-gülürdü. Çox mübariz insan idi... "

 

 İlhamə Quliyevanın oğlu Orxan Nadirov məsələ ilə bağlı Ölkə.az-a qısa açıqlama verib:

 

 "İndi o durumda deyiləm ki, belə boş-boş şeylərə münasibət bildirim. Bu məsələlərlə ailəmizin vəkili Habil Vəliyev məşğuldur".

 

 Habil Vəliyev isə əməkdaşımızla söhbətində bildirib ki, İlhamə Quliyevanın qırx mərasimindən sonra məhkəməyə müraciət olunacaq:

 

 "Qırx mərasiminə qədər Orxanın başı qonaqlara, qəbrüstü abidənin hazırlanmasına qarışıb. O, hazırda mirasla bağlı düşünmür. Ancaq qırx mərasimindən sonra məhkəməyə müraciət edəcəyik və məsələ hüquqi müstəvidə öz həllini tapacaq"

 

 Bizimesr.az

 


Загрузка...


Oxunub: 6000 dəfə