Məşhur müğənninin ailəsində ağır itki

  • Bölmə: Maqazin
  • Tarix: 1 mar 2016 [17:50]

 Türkiyənin məşhur müğənnisi Sezen Aksunun ailəsində ağır itki baş verib.

 

 Bizimesr.az-ın məlumatına görə, ifaçının anası Şehriban Yıldırım dünyasını dəyişib. Müğənninin anasının 91 yaşı var idi. 

 

 Şehriban Yıldırım ötən il qan təzyiqinin düşməsinə görə xəstəxanaya yerləşdirilmişdi. İfaçının anası bir müddət əvvəl öz istəyi ilə xəstəxanadan çıxaraq evdə yataq şəraitində müalicə alıb. Sezen Aksu anasına görə İzmirə köçüb.

 

 Şehriban Yıldırım bu gün səhər saatlarında dünyasını dəyişib. 

 

 Bizimesr.az

 


Загрузка...


Oxunub: 3770 dəfə