Brilliant İlhamə Quliyevadan danışdı: “Hər zaman məni pisləyirdi”

  • Bölmə: Maqazin
  • Tarix: 29 fev 2016 [13:16]

 Xalq artisti Brilliant Dadaşova küsülü olduğu mərhum İlhamə Quliyeva barəsində danışıb.


 Lent.az-ın məlumatına görə, xalq artisti sosial şəbəkədə İ. Quliyeva barəsində bu sözləri qeyd edib: “Əziz dostlar, qəlbimiz hər zaman sevgi ilə dolsun. Sənəti gözəl olan İlhamə Quliyevaya Allahdan rəhmət diləyək.


 Mən onu hər zaman təriflədim, o isə məni hər zaman pislədi. Yalnız biz onun səsiylə böyüdük. Uca Tanrı onu gözəl səsinə bağışlasın. Bəlkə də bu həyatda bəxti gətirmədiyinə görə belə idi. Allah heç olmasa, o dünyasını versin”.

 

 Qeyd edək ki, İ.Quliyeva fevralın 25-də dünyasını dəyişib. Hər iki xalq artisti illərdir ki, küsülü idi.

 

 Bizimesr.az

 


Загрузка...


Oxunub: 3500 dəfə