Müğənni Elnarə müharibə elan etdi

  • Bölmə: Maqazin
  • Tarix: 28 fev 2016 [17:15]

 Müğənni Elnarə Xəlilovanın geyimi sosial şəbəkədə istifadəçilərin müzakirəsinə səbəb olub.

 

 Bizimesr.az xəbər verir ki, bir neçə istifadəçi müğənnini zövqsüz adlandırıb. Bu isə Xəlilovanı cin atına mindirib: “Gəlin sizə bir az dərs keçim. “Zövq yoxdur” deyə bir şey yoxdur. Zövq hamıda var.  Sadəcə, kiminsə dəb haqda məlumatı az ola bilər. Hər zaman özümə rahat olanı və yaraşanı geyinmişəm. Bununla da hər zaman nümunə olmuşam. Məşhur dizayner, stilistlər və kuturyeləri izləyirəm. Dəbdən xəbərim var. Sadəcə, sizinlə zövqlərimiz uyğun gəlmir. Amma sizdən fərqli olaraq savadsızca və  cahilcə heç vaxt zövqümə uyğun gəlməyən biri haqda “zövqün yoxdur” demirəm”.

 

 Emosiyaları tarıma çəkilən müğənni fikirlərini daha aqressiv şəkildə davam etdirib: “Allah bir dəfə qapazla hormonlarımı bunların başına tökəcək. Heç dəxlisi var? Ay balam, bəyənmirsən, yaz bəyənmirəm. Yaraşmadısa, yaz yaraşmadı. Zövqlər müxtəlifdir. Daha təhqir etmək niyə? Guya mənim leksikonumda elə sözlər yoxdur? Guya mən qəlb qıra bilmirəm? Belələrinə yazığım gəlir. Allah keçsin günahınızdan”.

 

 Bizimesr.az


Загрузка...


Oxunub: 4200 dəfə