Meymuna qeysəriyyə əməliyyatı

 İngiltərədə meymun qeysəriyyə əməliyyatı ilə doğum keçirib. BBC-nin məlumatına görə, Bristol zooparkında “Kera” adlı qorillada hamiləlik zəhərlənməsi baş verib. Bala meymunun həyatının təhlükədə olduğunu görən baytarlar onun üzərində heyvanlara nadir hallarda tətbiq edilən keysəriyyə əməliyyatı həyata keçiriblər. Əməliyyat nəticəsində bir kiloqram çəkisində dişi qorilla dünyaya gəlib. Baytar həkim Rowena Killick 11 günlük bala meymunun vəziyyətinin yaxşı olduğunu və ona hələ ad vermədiklərini bildirib.

 Son dəfə 2014-cü ildə ABŞ-ın San Dieqo Zooparkında bir qorilla keysəriyyə əməliyyatı keçirilmişdi.

 Bizimesr.az


Загрузка...


Oxunub: 4200 dəfə