Hardasan, ay Diana?

  • Bölmə: Maraqlı
  • Tarix: 24 fev 2016 [17:28]

 “Dünyanın haqqında ən çox danışılan krall ailəsinin yaraşıqlı oğlu ilə evlənmək bir çox gənc qızın ən böyük xəyalı, təbii. Buna nail olmaq olduqca çətindir. Ən çətini isə İngiltərə kraliçasının gəlini olmaqdır”.

 Bu sözlər Hurriyet-in Böyük Britaniya kral ailəsi ilə bağlı son məqaləsindəndir.

 Qəzet yazır ki, kənardan görünməsə də Kraliça II Yelizaveta ilə Şəhzadə Uilyamın həyat yoldaşı Keyt Midltonun gərgin münasibətləri gündəmdən düşmür. İddialara görə, kraliça gələcəkdə taxt-tac sahibi olacaq nəvəsinin həyat yoldaşının bir çox xüsusiyyətindən narazıdır. O, vaxtaşırı etik qaydada bunları gəlininə bildirsə də, çox zaman susmağı tərcih edir.

 Kraliçanı narahat edən səbəblərdən biri hersoqinyanın geyindiyi qısa geyimləri ilə uzun müddət gündəmdə qalmasıdır. Kraliça bu məsələni çözmək üçün gəlininə xüsusi geyim məsləhətçisi təyin edib.
 Bundan başqa Midltonun eyni geyimləri bir neçə dəfə geyinməsinə baxmayaraq Kraliça hələ də onun bədxərc olduğunu düşünür.

 Jurnalistlərin rəyinə görə, dünyanın ən qənaətcil insanları sırasında olan II Yelizaveta gəlininin tez-tez alış-veriş etməsindən narahat olur. Həmçinin hersoqinyanın gündəlik geyim üslubuna yönlənməsinin düzgün olmadığını, daha rəsmi üslubda görünməli olduğunu düşünür. Bütün dünyada gənc qızların tərz ikonasına çevrilən Keyt Midltonun o məşhur gəlinlik paltarı da Yelizavetanın ürəyincə olmayıb.

 İddialara görə, Kraliçanın bəyənmədiyi daha bir məsələ də Keytin uzun saçlarıdır. Onun fikrinə görə, krallıq ailəsinin qadınları qısa saçlı olmalıdır.
 Son olaraq, Kembric hersoqu və hersoqinyasının sarayda yaşamaqdan imtina edib Nortfolka köçməsi də kraliça tərəfindən xoş qarşılanmayıb. Kraliça nəvəsinin ailəsindən uzaq qalmaqdan narazıdır.

 Bizimesr.az


Загрузка...


Oxunub: 6610 dəfə