Nə Bakı, nə Paris… yaşamalı şəhərlər deyil

 Beynəlxalq araşdırmalar mərkəzi “Mercer” 18-ci dəfə yaşamaq üçün dünyanın ən yaxşı şəhərlərinin adını açıqlayıb. Bu il siyahının birincisi Avstriyanın paytaxtı Vyana şəhəri seçilib. İlk onluqda Sidney, Cenevrə, Kopenhagen şəhərlərinin adına rast gəlinir. Yaşayış üçün ən pis şəhər adına isə İraqın paytaxtı Bağdad layiq görülüb.

 Ümumilikdə 230 şəhərin yer aldığı siyahıda ən çox Avropa şəhərlərinin adı var. “Guardian” qəzeti dünyanın ən böyük və cəlbedici şəhərlərindən hesab olunan Paris, London, Nyu-Yorkun siyahının ön sıralarında olmamasına diqqət çəkib. Lakin bu şəhərlərin nisbətən geri qalmasının əsəs səbəbi nəqliyyat sıxlığı, havanın çirklənməsi kimi amillərdir.

 Siyahıda Azərbaycanın da adı var. Paytaxt Bakı 197-cı sırada qərarlaşıb. Qardaş ölkə Türkiyənin İstanbul şəhəri 122, qonşu ölkələrdən Rusiyanın paytaxtı Moskva 167, Tbilisi 188-ci pillədə yer alıb.

“Mercer”in siyahısında sosial, iqtisadi amillərlə yanaşı, səhiyyə, mənzil, təhsil səviyyəsi də nəzərə alınır. Qeyd edək ki, dünyanın böyük şirkətləri iş qurarkən bu mərkəzin araşdırmalarının nəticəsinə xüsusi diqqət yetirir.

 Bizimesr.az


Загрузка...


Oxunub: 4880 dəfə