Pulsuzluq insanı xəstələndirir - ARAŞDIRMA

  • Bölmə: Maraqlı
  • Tarix: 23 fev 2016 [15:42]

 İnsanın fiziki ağrıları daha çox maliyyə problemləri ilə əlaqədardır.

 Bizimesr.az xəbər verir ki, Amerika mütəxəssislərinin apardığı araşdırma bunu göstərib.

 Araşdırma nəticəsinə görə, maliyyə problemi olan insanlar digər kateqoriyaya aid olanlardan daha çox fiziki ağrılarla qarşılaşırlar.

 Bundan başqa pul çatışmazlığı insanları ağırkəsicilərdən daha çox istifadəyə vadar edir.

 “Psychological Science” jurnalında dərc olunan məqalədə bildirilir ki, mütəxəsisslər 6 müstəqil araşdırma nəticəsində ümumi olaraq bu qənaətə gəlib.

 Bu araşdırmalardan biri 2008-ci ildə keçirilib. Mütəxəssislər işini itirən insanların ağrıkəsicilərdən daha çox istifadə etdiyini üzə çıxarıb.

 Digər araşdırma isə böhran və stabil iqtisadiyyat dövründə insanların davranışını öyrənib. Məlum olub ki, böhran zamanlarında insanlar həkimlərə daha tez-tez müraciət edir.

 Mütəxəssislərin fikrincə, iqtisadi cəhətdən müdafiəsizlik insanda qorxu, stress, həyacanı artırır. Bu proseslər isə insanın ağrı hiss etməsi ilə əlaqələnir.

 Daha sonra nəticələrin maliyyə problemi olan və heç bir problem yaşamayan 2 qrup tələbə üzərində sınaq keçirilib. Bütün iştirakçılara əllərini buz dolu vedrəyə salaraq orda saxlamaq tapşırılıb. Pulu  olmayan tələbələr əllərini buzun içindən digər qrup tələbələrə nisbətən daha tez çıxarıb.

 Bizimesr.az

 


Загрузка...


Oxunub: 5460 dəfə