“Hər gün sizi qorxudan nə varsa, bir az ondan edin”

  • Bölmə: Maraqlı
  • Tarix: 22 fev 2016 [12:45]

 Satirik yazıçı Kurt Vonnequt 1995-ci ildə Massaçusets Universitetində məzunlar qarşısında bu günə qədər də aktuallığını itirməyən olan nitq söyləyib.Yazıçının dünyanın kamillik və gözəlliyini görməyə kömək edən həmin çıxışının bir hissəsini təqdim edirik:

 "Əziz məzunlar, günəşdən qoruyan kremlər çəkin!

 Əgər mən sizə gələcək üçün ancaq bir məsləhət verə bilsəydim, o, məhz günəşdən qoruyan kremlər haqqında olardı. Onların istifadəsi xeyirlidir, alimlər tərəfindən sübut edilmişdir, halbuki mənim sizə verəcəyim tövsiyələrimin öz dolaşıq təcrübəmdən başqa daha etibarlı əsasları yoxdur. İndi sizə bəzi məsləhətlər verəcəyəm.

 -           Gəncliyinizin gücü və gözəlliyindən istifadə edin. Hələ həyat xoşunuza gəlmir,  amma o keçib gedir. İnanın mənə, 20 ildən sonra siz fotolarınıza indi anlaya bilməyəcəyiniz hisslərlə baxacaqsınız. Qarşınızda nə qədər qapılar açıq imiş və siz nə qədər möhtəşəm görünürdünüz. Sizin çəkiniz də hesab etdiyiniz qədər çox deyil.  

 -          Gələcəyiniz haqqında narahat olmayın.  Ya da, yaxşı, narahat olun. Amma bilin ki, bu narahatlıq cəbri tənlikləri saqqızın köməyi ilə həll etməyə bərabərdir. Real xoşalgəlməz hadisələr ağlaınıza da gəlmədən adi günlərdə də, gecənin ¼-də başınıza gələ bilər.

 -           Hər gün sizi qorxudan nə varsa, ondan bir az edin.

 -           Mahnı oxuyun.

 -           Başqa insanların qəlbinə ehtiyyatla yanaşın.

 -           Sizin ürəyinizə laqeyd yanaşanlarla barışmayın.

 -           Dişlərinizi təmizləməyi unutmayın.

 -           Vaxtınızı həsədə, paxıllığa sərf etməyin. Hərdən irəlidə, hərdən geridə olacaqsınız, yarış uzundur. Amma paxıllığı tərk etməsəniz, onu yalnız özünüzlə aparacaqsınız.

 -           Eşitdiyiniz tərifləri unutmayın, amma əgər sizi incidiblərsə, onları unudun.

 -           Keçmiş sevgi məktublarınızı saxlayın, köhnə bank hesablarınızı tullayın.

 -           Müntəzəm olaraq özünüzü toplamağa çalışın.

 -           Əgər həyatınızla nə edəcəyinizi biilmirsinizsə, buna görə özünüzü günahkar hesab etməyin. Tanıdığım ən maraqlı insanların bəziləri 22 yaşlarında öz həyatlarını necə yaşamaq istədiklərini bilmirdilər. Yeri gəlmişkən, mənə maraqlı gələn insanların bəziləri heç 40 yaşalarında da bunu bilmirlər.

 -           Kalsium qəbul edin. Dizlərinizin qayğısına qalın. Sıradan çıxanda onları çox axtaracaqsınız.

 -           Ola bilər ki, nigaha daxil oldunuz, ola bilər ki, heç evlənmədiniz, uşaqlarınız olacaq, ya olmayacaq. Ola bilər ki, 40 yaşında boşanasınız, ola da bilər ki, 70 yaşında evlilik ildönümünüzü qeyd edərkən rəqs də edəcəksiniz. Nə etsəniz də, özünüzü çox tərifləməyin, amma özünüzə acıqlanmayın da. Seçiminiz hamıda olduğu kimidir. İnsanların yarısı bu vəziyyətdədir.

 -           Bədəninizdən, boy-buxununuzdan, gözəlliyinizdən zövq alın. Ondan istifadə edin. O, sizin əlinizdə olan ən yaxşı silahdır.

 -          Rəqs edin. Hətta bunu etmək üçün qonaq otağınızdan başqa yer olmasa belə...

 -           Xahiş edirəm, gözəl həyatlar haqqında jurnalları oxumayın, onlar özünüzü çox pis hiss etmənizə səbəb olacaq.

 -           Bacı və qardaşlarınıza qarşı müalim olun. Onlar sizi keçmişə bağlayan ən yaxşı əlaqələrinizdir. Onlar gələcəkdə də yanınızda olanlardır.

 -            Yadda saxlayın ki, dostlar gəldi gedərdi, yalnız ən qiymətlilərindən möhkəm yapışmaq lazımdır. Coğrafi ayrılıqları və həyatınızdakı boşluqları aradan qaldırmaq üçün bütün gücünüzü sərf edin. Yaşa dolduqca sizin gənclik illərinə nisbətən daha cox tanıdığınız insanlara ehtiyacınız olacaq.

 -           Bir qədər Moskvada yaşayın, amma o, sizi sərtləşdirmədən onu tərk edin. Bali adalarında yaşayın, amma o, sizi mülayimləşdirmədən onu tərk edin. Ümumiyyətlə, səyahət edin.

 -           Bəzi qaçılmaz həqiqətləri qəbul edin: qiymətlər qalxacaq, siyasətçilər öz qadınlarına xəyanət edəcək. Siz də qocalacaqsınız və o zaman fantaziyalar qurmağa başlayacaqsınız: siz gənc olanda qiymətlər normal, siyasətçilər nəcib idilər və uşaqlarlar yaşlılara hörmət edirdilər.

 -           Yeri gəlmişkən, valideynlərinizə, qocalarınıza hörmət edin, çünki onların nə zaman həmişəlik gedəcəyini bilmirsiniz.

 -           Heç vaxt ümid etməyin ki, kimsə sizi maddi baxımdan təmin edəcək. Ola bilsin ki, sizin investisiya fondunuz, varlı əriniz və ya varlı xanımınız var, amma heç vaxt bilməyəcəksiniz ki, onlardan hər biri sizi nə vaxt tərk edə bilər.

 -           Saçlarınızda çox eksperementlər keçirməyin, əks halda onlar qırx yaşınızda səksən beş yaşınızdakı kimi görünəcəklər.

 -          Biz hamımız nə vaxtsa bu həyatdan gedəcəyik, amma ən vacibi odur ki, nəyəsə inanaraq axıra kimi dayanmaq lazımdır. Bu ən çətin işdir, çünki adama elə gəlir ki,  həqiqətən inana, güvənə biləcəyiniz heç bir şey yoxdur.

 Hörmətli məzunlar, məsləhətlərim bunlar idi. Amma sizə məsləhət verənlərə qarşı diqqətli və səbrli olun. Məsləhət – bu nostaljiya formasıdır, bu keçmişdəki zibil qalağından qurtulmaq üsuludur, xoşagəlməz məqamları təzə rənglərlə boyamaqdır və onun emalı özündən daha bahalıdır. Amma günəş kremləri dərinizi yanıqlardan həqiqətən qoruyacaq, çünki bu alimlər tərəfindən sübut olunub, ona görə də, onlarda cəsarətlə istifadə edin.

  Bizimesr.az


Загрузка...


Oxunub: 5190 dəfə