Berlin metrosunda gizli otaq aşkarlanıb

  • Bölmə: Maraqlı
  • Tarix: 20 fev 2016 [18:01]

 Almaniyada maraqlı hadisə baş verib. Berlinin BVG nəqliyyat kompaniyasının əməkdaşları paytaxt metrosunun istifadə olunmayan tunelində kreslo, çarpayı, televizor və hətta gül dibçəyi qoyulmuş otaq aşkarlayıblar.

 

 AZƏRTAC Realty.vesti.ru saytına istinadla xəbər verir ki, kompaniya nümayəndələrinin sözlərinə görə, həmin çarpayıda uzun müddətdən bəri heç kim yatmayıb, kresloda isə heç kim oturmayıb. Lakin bu hadisədə bir qəribəlik də var – naməlum şəxs mütəmadi olaraq dibçəkdəki gülü sulayıb. Son dəfə bu, gizli otaq aşkar ediləndən bir neçə gün əvvəl baş verib.

 

 Gizli otaqda kimin yaşadığı və gülü kimin suladığı hələ ki, sirr olaraq qalır. Kompaniya əməkdaşları otağın 1980-ci illərin dəbində hazırlandığını bildirib. O zaman vahid Almaniya deyil, ADR və AFR adlanan iki dövlət mövcud idi və otaq “Şərqi Almaniya” üslubunda bəzədilib.

 

 Bizimesr.az


Загрузка...


Oxunub: 3890 dəfə