Şəmkirdə ölümlə nəticələnən qəza...

  Bakı-Qazax magistral yolunda yük avtomobili aşıb, sürücü ölüb.

 

  Hadisə bu gün saat 20 radələrində magistral yolun Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

 

 TIR tipli yük avtomobili yolun kənarına aşıb. Qəza zamanı sürücü, Türkiyə vətəndaşı hadisə yerində ölüb.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Bizimesr.az


Загрузка...


Oxunub: 3675 dəfə