Sumqayıtda 24 yaşlı qızı amansızlıqla öldürdülər

Gənc qızın şəxsiyyəti dəqiqləşdirilib.

 

Bu gün Sumqayıt şəhərində gənc qızın meyiti tapılıb.

 

bizimesr.az xəbər verir ki Lent.az-ın məlumatına görə, Corat qəsəbəsində yaşayan qızın meyiti yaxınları tərəfindən yaşadığı evdə tapılıb.

Gənc qızın meyiti qan içində olub.

 

Çoxsaylı zərbələrlə qətlə yetirilən gənc qız 1992-ci il təvəllüdlü Salayeva Səbinə Cavanşir qızı olub.

Qətlin hansı zəmində, hansı şəraitdə və kim tərəfindən törədilməsi hələlik tam məlum deyil. 

 

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar aparılır.

 

 

bizimesr.az


Загрузка...


Oxunub: 5533 dəfə