Kəpəz Rayon Polis İdarəsinin rəisi işdən çıxarılıb

Kəpəz Rayon Polis İdarəsinin rəisi vəzifəsindən azad edilib. Bu barədə məlumatı APA-ya İdarədən veriblər. Məlumata görə Kəpəz Rayon Polis İdarəsinin rəisi işləyən polis polkovniki Ağahüseyn Məmmədov təqaüd yaşı ilə əlaqədar vəzifəsindən azad edilib.

 

Qeyd edək ki, 2011-ci ildən Kəpəz rayon Polis İdarəsinin rəisi işləyən A.Məmmədov ondan əvvəl Gəncənin Nizami Rayon Polis İdarəsinin rəisi vəzifəsində çalışıb.

 

bizimesr.az


Загрузка...


Oxunub: 6988 dəfə